...

Dərsliklərin paylanılmasına başlanılıb

Cəmiyyət Materials 3 Sentyabr 2018 14:45 (UTC +04:00)
Sentyabrın 3-dən şagirdlər dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.
Dərsliklərin paylanılmasına başlanılıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gündən başlayaraq, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər.

Təhsil Nazirliyindən Trend-ə verlən məlumata görə, dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.

Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti