...

TREND İnformasiya Agentliyinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mükafatı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 4 Sentyabr 2018 11:55 (UTC +04:00)
TREND İnformasiya Agentliyinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mükafatı təqdim olunub.
TREND İnformasiya Agentliyinə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mükafatı təqdim olunub (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Konfransının qərarı ilə keçən ildən elan olunmuş 3 sentyabr “İƏT Gənclər Günü” ilə bağlı, dünən Marriott Abşeron otelində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşkilatçılığı ilə diplomatik qəbul təşkil edilib.

Trend-in məlumatına görə, bayram tədbirində çıxış edən İƏT Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov qeyd edib ki, “İƏT Gənclər Günü” 2006-cı ilin 3 sentyabrında İstanbulda İƏT Gənclər Forumunun Baş Qərargahının Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimi ilə əlaqədar seçilib. Forumun 2004-cü ildə Azərbaycan Prezidentinin himayəsi altında yarandığını qeyd edən natiq "İƏT Gənclər Günü"nün məhz Forumun fəaliyyətə başlamasına həsr edilməsini ölkəmizin ilk beynəlxalq təşkilat təşəbbüsünə verilən yüksək qiymət kimi dəyərləndirib: "Məhz Prezident İlham Əliyev cənablarının İƏT gəncliyinə verdiyi davamlı dəstək və qayğıya ğörə Azərbaycan Prezidenti bu ilin aprel ayında İƏT gənclər və idman nazirləri ilə görüşdə “Gəncliyin Hamisi” fəxri nişanı ilə təltif edilib".

Daha sonra Elşad İskəndərov Forumun təsis olduğu gündən etibarən həyata keçirilən BMT Sivilizasiyaların İttifaqı Qlobal Gənclər Hərəkatı, Xocalıya Ədalət, İƏT Gənc İş Adamları Şəbəkəsi, Beynəlxalq İƏT Modeli Təhsil layihəsi, İƏT Startap Platforması, İƏT Gənclər Paytaxtı kimi proqramlar haqqında tədbir iştirakçılarını məlumandıraraq Forumun bu ilin oktyabr ayında keçiriləcək qurultayına İƏT gəncliyi qarşısında üzü ağ halda gedəcəyini vurğulayıb.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Fələstin səfiri Nasir Abdulkərim, bu ilin aprel ayında Bakıda keçirilən İƏT gənclər və idman nazirlərinin 4-cü konfransında İƏT tarixində ilk dəfə olaraq qəbul edilən Gənclər strategiyasının Azərbaycan hökumətinin İƏT gənclər siyasətinə verdiyi ən mühüm töhfə adlandıraraq, eyni zamanda Gənclər Forumunun simasında bütün İƏT gəncliyini "Gənclər Günü" münasibətilə təbrik ediblər.

Bakıda akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatların, dövlət qurumlarının rəhbərləri, gənclər təşkilatları və media nümayəndələrinin iştirakıyla keçirilən tədbirdə Forumun xatirə mükafatları Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, “Xocalıya Ədalət” Beynəlxalq təşviqat kampaniyası, Trend İnformasiya Agentliyi və digər qurumlara təqdim edilib.

Tədbir bayram konserti və ziyafətlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti