...

Sağlamlıq imkanları məhdud uşaqlarla 57 layihə icra olunur

Cəmiyyət Materials 13 Oktyabr 2018 12:22 (UTC +04:00)
Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi üçün bu il 35 qeyri-hökumət təşkilatı ilə 57 layihə icra olunmaqdadır.
Sağlamlıq imkanları məhdud uşaqlarla 57 layihə icra olunur

Bakı. Trend:

Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədilə 2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bu sahə üzrə ixtisaslaşmış 35 qeyri-hökumət təşkilatı arasında 57 layihə üzrə müqavilə imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu layihələr əsasında ölkəmizin ayrı-ayrı bölgələrində (Yevlax, Astara, Ağsu, Beyləqan, Yevlax, Lənkəran, Quba, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Balakən, İmişli, Şirvan, Qəbələ, İsmayıllı, Kürdəmir və s.) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.

Həmçinin layihələr çərçivəsində daun və autizm sindromlu, eləcə də eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların "Portec" metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə işlər aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti