...

Azərbaycana qış fəsli daxil oldu

Cəmiyyət Materials 23 Dekabr 2018 08:00 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Azərbaycana qış fəsli daxil olub.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, qış fəslinin gəlişi dekabrın 22-dən 23-ə keçən gecə, Bakı vaxtı ilə saat 02:22-də baş verib. Həmin tarixdə payız fəsli başa çatıb, ölkə ərazisinə qış fəsli daxil olub.

X.Mikayılov qeyd edib ki, Yer "Qış günəş duruşu"ndan keçdikdən sonra günlər uzanacaq, gecələr qısalacaq: "Amma biz dekabrın 26-dək gündüzün uzanmasını hiss etməyəcəyik. Ancaq 1 həftədən sonra - hər 2-3 gündən bir gecələrin 1 dəqiqə qısaldığını müşahidə edəcəyik".

Qeyd edək ki, ötən gecə Günəş üfüqdən ən minimum nöqtədə olub. Günəş şüalarının istiqaməti ilə Yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir ki, buna "Qış günəş duruşu" deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti