...

AMEA magistraturalarına qəbulda müsahibə mərhələsi ləğv olunub

Cəmiyyət Materials 20 Fevral 2019 18:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.
AMEA magistraturalarına qəbulda müsahibə mərhələsi ləğv olunub

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsinin ləğv olunması ilə bağlı DİM-ə müraciət edib.

Müraciətdə ötən 4 il ərzində keçirilmiş müsahibələr və onların nəticələri, müsahibə komissiyasının qiymətləndirməsi ilə bakalavrların DİM tərəfindən keçirilən imtahanlarda topladıqları balların uyğunluğu və nəticədə AMEA-nın magistraturasına yüksək bal toplayanların qəbul olunduğu vurğulanıb. Hesab edilir ki, artıq AMEA-nın magistraturasının məqsəd və vəzifələri, onun yüksək reytinqi və tədris prosesinin ciddiliyi barədə universitet tələbələri və ictimaiyyət kifayət qədər məlumatlıdır və iddiaçıların təsadüfi seçimləri istisna olunur.

Bu təklif nəzərə alınaraq AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar üçün ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub.

AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər digər bakalavrlar kimi ümumi qaydada magistraturaya qəbul imtahanının hər iki mərhələsində iştirak edərək, müsabiqə şərtlərini ödədikləri halda ixtisaslaşma seçimi edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti