"Bakı Metropoliteni"nin gələcək planları? (FOTO)

"Bakı Metropoliteni"nin gələcək planları? (FOTO)

Bakı. Samir Əli - Trend:

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasından 5 il ötür. Trend-in məlumatına görə, 2014-cü il fevralın 27-də Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus olmaqla “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Ötən beşillik dövrün ən əhəmiyyətli yeniliyi Bakı metropoliteninin yarıməsrlik tarixində ən əlamətdar hadisə olan yeni Bənövşəyi xəttin ilk iki - "Avtovağzal" və "Memar Əcəmi" stansiyalarının istismara verilməsi olub. Bu xətt müasir texnologiyaların tətbiqi baxımından ən yüksək dünya standartları səviyyəsində olacaq. Gələcəkdə bu xətt qatarların radiodalğalarla (CBTC) və bütün infrasturkturun SCADA sistemləri idarə olunması üzərində qurulacaq. Bu istiqamətdə ən əhəmiyyətli tədbirlər davamlı olaraq aparılır. Ümumilikdə, müasir tunelqazma qurğularının tətbiqindən başlamış stansiyaların yeni üsulla inşasına, istismarında isə müasir dəmir yolu infrastrukturu, havalandırma, elektrik təchizatı, liftlər və eskalatorlar, yanğın təhlükəsizliyi sistemləri və s. nəzərə alınmaqla tam fərqli bir metro sistemi qurulmasının start nöqtəsi olan bu yeniləşmənin mühüm tərkib hissəsi mövcud xətlərin də yeni idarəetmə sistemlərinə keçirilməsidir. Bu xüsusda "Nərimanov" elektrik deposunda bu il tətbiqinə başlanılacaq sistemlər yeniləşmənin başlanğıcı olacaq.

Müəssisənin əsas istehsalat sahələrindən olan dəmir-beton konstruksiyaları məmulatlarının hazırlanması ilə məşğul olan sahəsinin İSO standartlarının bütün tələblərinə tam cavab verən və müvafiq beynəlxalq lisenziyaları olan bir struktur vahidi olaraq tamamilə yenidən qurulub, dünyanın ən aparıcı texnologiyalarının qurulmasılə burada ölkədə ilk dəfə dəmir-beton blokların istehsalı prosesi işə salınıb. Bunun sayəsində ölkə kənarından gətirilən ağac şpallara xərclənən vəsait daha uzunömürlü, səmərəli, qulluğu asan və ucuz bir proseslə əvəzlənib.

Tikinti sahəsində tətbiq edilən maşın-mexanizmlər isə yeni dövrün inşaat tələbləri səviyyəsində tamamilə yenidən qurulub. Artıq bu məsələdə metropolitenin əksər inşaat tələblərini ödəyən nizamlı bir sistem qurulub.
Bakı metrosu son 5 ildə stansiyalarda təmir işləri aparıb, bir neçə stansiyada istismar müddətini başa vurmuş eskalatorlar dəyişdirilib, yollar yenidən qurulub, tunellərin mühafizəsi üzrə işlərin həcmi genişləndirilib, yeni sahələrdə tikinti davam etdirilib. Bu müddətdə "Gənclik", "Nəriman Nərimanov”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “20 Yanvar” stansiyalarında keçid və vestibüllər təmir edilib. İstismar müddəti başa çatmış eskalatorlar Almaniya istehsalı olan müasir analoqları ilə əvəz edilib. “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının istifadəyə verilməsi isə dərin özüllü stansiyalar üçün ən əhəmiyyətli addımlardandır. Xüsusən də sərnişin axını gur olan bu stansiya üçün bu, mühüm əhəmiyyət kəsb edən layihə idi. Bunun ardınca stansiyanın birinci çıxışında eskalatorların yenilənməsi və vestübülün öz memarlıq orijinallığını qorumaqla əsaslı təmiri aparılıb. Memarlıq üslubunun qorunması ilə “Nizami” stansiyasının orta zalı və hər iki platforması, yol divarları təmir edilib.. Stansiyanın yararsız hala gəlmiş konstruktiv və memarlıq elementləri tam bərpa edilərək, daha etibarlı mühafizə sistemləri və inşaat materialları ilə gücləndirildi. Təmir işləri “Cəfər Cabbarlı-Xətai” mənzilinin birinci tunelində və stansiya yolunda da başa çatdırılıb. Hazırda təmir işləri bu stansiyanın ikinci yolunda aparılır.

2019-cu ildə həm də "Xətai" stansiyasının istismar müddətini başa vurmuş 3 eskalatoru öz yerini Almaniya istehsalı olan 4 yeni eskalatorla əvəzlənəcək. Stansiyanın bütün infrastrukturu tamamilə yeniləşəcək. Bu xüsusda 2018-ci ildə “Sahil” stansiyasının əsaslı təmirdən sonra yenidən daşıma prosesinə qoşulması da qeyd olunmalıdır. Burada isə artıq 3 köhnə eskalatoru 4 yenisi əvəz edib. Bütün infrastrukturu tamamilə yenidən qurulmaqla memarlıq üslübü bədii zövqlə yenidən işlənmiş stansiya sərnişinlərin istifadəsinə verilib.

Bu günlərdə “Bakmil” stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək. Metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlə sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.

Səhmdar Cəmiyyət bu müddətdə sosial layihələr də həyata keçirib . "Nəriman Nərimanov" və "Gənclik" stansiyalarının yenidən qurulmuş keçidlərində Azərbaycan kinosuna, dünya və Azərbaycan rəssamlarına, Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə, talassemiyalı uşaqların problemlərinə diqqət çəkən sərgilər təşkil olunub. Əlamətdar və bayram günləri, tarixi hadisələr, ölkəmiz üçün aktual mövzulara həsr olunmuş bir-birindən fərqli sosial tədbirlər də metropoliteni tam fərqli simada təqdim edir.

Depo ərazisində istifadəsiz qalan çəpərlənmiş bağlar yeni parkla əvəz olunub, girişdə yeni tipli parkinq qurulub, ulu öndər Heydər Əliyevin büstü qoyulub, ölkəmizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda mübarizədə həlak olmuş metropolitençi şəhidlərə abidə yenidən qurulub. Ərazidəki yeməkxana tamamilə yenidən qurulub, ən müasir iaşə standartları səviyyəsinə çatdırılıb.

QSC sədri Zaur Hüseynov bu sahədə təxirəsalınmaz dəyişikliklər edilməsi barədə qərarından sonra yeməkxana qısa müddətdə əsaslı şəkildə təmir edilib, iaşə avadanlığının ən son nümunələri ilə təchiz edilib, nağdsız və güzəştli ödəniş sistemi tətbiq edilib. Hazırda qiymətlərin ödənilməsinin 45 faizini müəssisə və Metropoliten İşçiləri Həmkarlar İttifaqı öz üzərinə götürüb. İşçi tərəfindən ödənilən məbləğ hesablanan əmək haqqından tutulur.

Bununla yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində işçilərin övladları üçün müxtəlif kurslar açılıb, yüksək balla ali təhsil ocaqlarına daxil olanların qayğaları diqqət mərkəzində saxlanılıb, ölkənin dilbər güşələrinə ailəvi istirahət turlarının təşkil edilib.

Müəssisənin Bilgəhdəki istirahət sahəsində yenidənqurma işləri aparılıb, köhnə kottec tipli evlərin yerində 2-3 mərtəbəli binalar inşa olunub, sanatoriya və profilaktoriya müayinə-müalicə imkanları yaradılıb, uşaq və böyüklər üçün əyləncə mərkəzləri, idman meydançaları, sanatoriya-profilaktoriya ən müasir tibb avadanlığı ilə təchiz olunub.

Depo ərazisində istifadəyə verildiyi vaxtdan əsaslı təmir edilməyən vaqonların cari təmir sahəsi ən müasir standartlar səviyyəsində və təmirin texnoloji ardıcıllığına uyğun yenidən qurulub.

2014-cü ildən mərhələ ilə dərinləşdirilmiş və həm də modernləşdirilmə prosesi ilə zənginləşdirilmiş bu proses artıq metropolitenin özünə məxsus ən müasir tələblər səviyyəsində qurulmuş sexdə aparılır. Bu isə vaqonların ölkə xaricində təmirinə xərclənən vəsaitə qənaətlə yanaşı, yeni tipli işçi potensialı, keyfiyyət, səmərə deməkdir.

Əlbəttə vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış ən müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, bu il isə daha 30 ədəd olmaqla parkı yeniləşdirəcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yeniləcəyək.

2015-ci ildə yerli şəraitdə Rusiyanın TVEMA şirkəti ilə birlikdə qurulmuş çoxfunksiyalı diaqnostika kompleksi isə dünyada öz analoqları arasında xüsusi qeyd olunur və onun təcrübəsini öyrənmək istəyənlərin sırası ildən ilə artır.

Bütün bu deyilənlər bir daha təsdiq edir ki, dövlət başçısının 5 il əvvəl Bakı metropoliteninin gələcək inkişafı, şəhərin ən kütləvi ictimai nəqliyyatı kimi öz funksiyasını daha səmərəli yerinə yetirməsi üçün qəbul etdiyi qərar - Bakı metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu “Bakı Metropoliteni” QSC-nin yaradılması sözün tam mənasında özünü doğruldub.

Türkiyə XİN ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsi ilə bağlı nəticə yönümlü danışıqlara başlamağa çağırır
Türkiyə XİN ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsi ilə bağlı nəticə yönümlü danışıqlara başlamağa çağırır
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Düşmənin növbəti informasiya təxribatı
Düşmənin növbəti informasiya təxribatı
Loading Bars
Xəbər lenti
Türkiyə XİN ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsi ilə bağlı nəticə yönümlü danışıqlara başlamağa çağırır
İranda güclü zəlzələ baş verib
Biləsuvarda "QAZel" yanıb
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları genişləndirib
Türkiyənin Hatay səhərində terakt törədilib (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
İşğaldan azad olunan Qubadlı şəhəri (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Xanlıq kəndi (VİDEO)
ABŞ keçiriləcək seçkilərində 60 milyondan çox insan vaxtında əvvəl səs verib
Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər (VİDEO)
Bütün imperial güclər bir araya gəlsə də, Azərbaycanın yanındayıq - TRT-dən özəl dəstək (VİDEO)
Ermənistan meyitlərini götürmək istəmir, çünki xalqın reaksiyasından, qəzəbindən qorxur
Azərbaycanın rəqəmsal hökumət quruculuğu tezliklə Qarabağda davam etdiriləcək
Üç gündür acıq, gətirib atıblar bura, gediblər - Erməni hərbçilər (VİDEO)
Qubadlı rayonunun işğaldan azad olunan Padar kəndi (VİDEO)
İcazəsiz hərbi forma geyinmək qanunla qadağandır - Hərbi ekspert
Pakistanda səfirliklərin yerləşdiyi diplomatik anklavda erməni terrorunu əks etdirən xüsusi güşə yaradılıb (FOTO/VİDEO)
Düşmənin Tərtərə atdığı üç raketdən biri zərərsizləşdirilib - Müdafiə Nazirliyi
Makronun İslam əleyhinə açıqlamaları onun dinləri anlamadığını nümayiş etdirir - Ərəb analitik
Ordumuz düşmənin hücumlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir - Anar Eyvazov
Bakının küçə və prospektlərində sıxlıq müşahidə olunur - BNA
Ermənistanın Daşkəsənə atəşi nəticəsində baş verən yanğın söndürülüb - FHN (FOTO) (ƏLAVƏ OLUNUB)
Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub
Bu gün Azərbaycanın yaşayış məntəqələrinə 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar haradan əldə olunacaq? - Qaydada dəyişiklik
Prezidentə yazırlar: Siz bu gün bütün Azərbaycan xalqının istəyini reallaşdırırsınız
Dövlət torpaq kadastrı fondunun məlumatlarından yazılı və ya elektron sorğu ilə istifadə ediləcək
Şamaxıda zəlzələ olub
Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələr olub
Ermənistan indiyədək əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib - Dövlət Komissiyası
Azərbaycanla İran arasında sərhəd təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq mövcuddur - Leyla Abdullayeva
Tərtər şəhəri və rayonun kəndləri atəşə tutulur
Vərəsəliyə dair məlumatlar icra məmurlarına elektron sorğular əsasında veriləcək
Paşinyan son şansından istifadə etmək əvəzinə, mülki vətəndaşlarımızı atəşə tutur - Deputat
Sülh istəyənlər nədən Ermənistana kütləvi silah daşıyır? – Deputat
Ermənistan fərq qoymadan mülki vətəndaşları hədəfə alıb - Hikmət Hacıyev
Fransa hökuməti İslam dininin yayılmasından qorxuya düşüb - İran parlamenti
Uşaqların müharibəyə cəlbi Ermənistanda gələcək cəmiyyətin daha aqressiv olacağını göstərir - Qafqazşünaslıq İnstitutu
Düşmən kvadrokopteri məhv edilib - MN
Ermənistan sərhəd qoşunlarının komandanı vəzifəsindən azad edildi
Azəribaycan Prezidenti: Ermənistan istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar
Ümumdünya Mətbuat Şuraları Asossiasiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılıb
Prezident İlham Əliyev: Qoşulmama Hərəkatına üzv ölkələr kişi kimi bizə dəstək göstərdilər
Minsk qrupunun həmsədri kimi Fransanın çirkin əməlləri riyakarlığın göstəricisidir - Vüqar Rəhimzadə
Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular! (VİDEO)
Müharibə Ermənistanı daha böyük tənəzzülə aparır - Deputat
Pakistan Azərbaycana növbəti dəstəyini ifadə etdi
Prezident İlham Əliyev: Axıra qədər gedəcəyik
Azəribaycan Prezidenti: Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, işğal olunmuş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Bir tərəfdən atəşkəs deyilir, digər tərəfdən Ermənistana silah göndərilir
Azərbaycan 30 ildir erməni terrorundan əziyyət çəkir - Spiker
Prezident İlham Əliyev xarici jurnalistlərin sualları haqqında: Sual vermir, elə bil ki prokurordur, ittiham edir bizi
Prezident İlham Əliyev: Əgər bizə qarşı kənardan təcavüz olarsa, o F-16-ları görəcəklər
Oktyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb
Prezident İlham Əliyev: Biz həm döyüş meydanında, həm də siyasi müstəvidə özümüzü təsdiqləmişik
Prezidentimiz dünya miqyasında Azərbaycanın informasiya savaşının da şəksiz sərkərdəsidir - Kamaləddin Qafarov
Həmsədrlər də, Ermənistan da Azərbaycan Prezidentinin haqlı iradlarından nəticə çıxarmalıdır - Könül Nurullayeva
Sumqayıtda polis maskadan istifadəyə nəzarəti gücləndirdi (FOTO)
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə qaz çəkilməsinə başlanılır (FOTO/VİDEO)
Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib (FOTO)
Peşə məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsahibələr keçirilir
Prezident İlham Əliyev: Əgər ermənilər özləri öz canlarını bu xuntadan qurtara bilmirsə, biz onlara kömək edəcəyik
Qubada yaşayış yerini tərk edən koronavirus xəstəsi saxlanılıb
Əsgərdən məktub var (VİDEO)
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb, 8 nəfər vəfat edib
Ermənistan Ağdamda məktəbi atəşə tutub (FOTO)
Prezident İlham Əliyev: Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əskik, fərq etməz
Ərdoğan Fransa məhsullarını boykot etməyə çağırdı
Düşmənin növbəti informasiya təxribatı
Diplomatiya adı altında işğalı davam etdirməyə çalışanların cəhdləri boşa çıxacaq - İbrahim Kalın
Tərtər şəhəri atəşə tutulub
Prezident İlham Əliyev Qubadlı şəhərinin və bir neçə kəndin azad olunmasında fərqlənmiş komandirləri təbrik edib
Prezident İlham Əliyev: Azərbaycan xalqı bu haqsızlığı unutmayacaq
Ermənistan hücumu nəticəsində Daşkəsəndə meşə yanğını başlayıb (VİDEO)
Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək - Bəhruz Quliyev
Prezident İlham Əliyev: Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq
Azərbaycan dinc yolla icra olunmayan beynəlxalq qətnamələri hərbi yolla özü icra edir - Hərbi konfliktoloq
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi kəskin mərhələdədir - Peskov
Azərbaycan Prezidenti: Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpağımızdan, dərhal rədd olsun
Ermənistan Makronun İslamla bağlı kursunu tam dəstəklədiyini ifadə edib
Azərbaycan Prezidenti: Əgər atəşkəs davam edəcəksə və məsələ yenə də dondurulmuş vəziyyətdə qalacaqsa bu, bizi qane edə bilməz
Ağcabədi rayonu yenidən atəşə tutulub
Ermənistanın "feyk" müharibəsi: Azərbaycan tərəfindən döyüşdüyü deyilən muzdlular elə Ermənistanın öz hərbçiləridir
Əmanətlərin Sığortalanması Fondu adından saxta məktublar göndərilir
İranda ötən sutkada 337 nəfər koronavirusdan ölüb
Prezident İlham Əliyev: Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs bu reallıqla hesablaşmalıdır
Ermənilər işğal altındakı kəhrizlərə partlayıcı maddələr və meyitləri atıblar - İnstitut direktoru
Prezident İlham Əliyev: Bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi, ilk növbədə Ermənistanı qane edirdi
Koronavirusla bağlı qaydalara əməl etməyən 20 iaşə obyekti aşkarlandı
Makronun islamofobiya ilə bağlı ağılsız açıqlamaları onun siyasətdə təcrübəsiz olduğunu göstərir - İranlı rəsmi
ADU-nun erməni terroru haqqında beynəlxalq təşkilatlara yazdığı məktublara cavablar gəlməkdədir
Britaniyanın koronavirus vaksini yaşlılarda anticisimlərin yaranmasına kömək edib
Azərbaycanın bütün xalqı birləşib və qələbə qazanacaq - Rus icmasının rəhbəri
Prezident İlham Əliyev: Heydər Əliyev bütün vəzifələrdən gedəndən sonra iki həftə keçməmiş Dağlıq Qarabağda erməni separatizmi baş qaldırdı
Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla hər birimizi! - Azərbaycan əsgəri (VİDEO)
Makronun islamofob açıqlamaları müsəlmanların qətlinə təhrikçilikdir - Livanlı vəkil
Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 65-ə çatdı - Prokurorluq
ATU-nun tələbələri Gazi Universitetində online dərslərə qoşulurlar (FOTO)
Bakı-Quba yolunun Sumqayıt hissəsi təmir olunur (FOTO)
Bütün xəbərlər