...

İlahiyyat İnstitutunun müəlliminin Xocalı soyqırımı haqqında məqaləsi Küveytin “əl-Müctəma” jurnalında dərc olunub

Cəmiyyət Materials 1 Mart 2019 14:37 (UTC +04:00)
AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə Küveytin “əl-Müctəma” jurnalında dərc olunub.
İlahiyyat İnstitutunun müəlliminin Xocalı soyqırımı haqqında məqaləsi Küveytin “əl-Müctəma” jurnalında dərc olunub

Bakı. Trend:

AMEA akademik Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu Din və ictimai fikir tarixi şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə Küveytin “əl-Müctəma” jurnalında dərc olunub.

Aİİ-dən Trend-ə verilən məlumata görə, E.Məmmədovun “Azərbaycanlıların məruz qaldığı Xocalı qətliamı: bir gecədə baş vermiş faciə” sərlövhəli məqaləsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya xaincəsinə hücumunu əks etdirən faktlar əksini tapıb. Şəhərdə yaşayış evləri dağıdılaraq yandırılıb və təqribən, 2500 nəfər köməksiz Xocalı sakini şəhəri tərk edib. Bu köməksiz insanlar azərbaycanlı-türk qanına susamış silahlı erməni quldurları ilə üz-üzə gəliblər. Nəticədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər misli görünməmiş amansızlıqla, xüsusi qəddarlılqa qətlə yetirilib. Bir gecənin içində səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Yaralanan 487 nəfərdən 76-sı uşaq olub. O gecə 1275 sakin əsir götürülüb, 150 nəfər itkin düşüb. Müəllif qeyd edir ki, Xocalı faciəsini və törədilmiş bu kimi soyqırımlarını heç vaxt unutmamalıyıq.

Məqalədə azərbaycanlıların ermənilər tərəfindən zaman-zaman etnik təmizləməyə və soyqırımına məruz qaldığı nəzərə çatdırılıb. İki yüz ildən artıq davam edən erməni vəhşilikləri 1988-ci ildə Ermənistan ərazisindən azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti ilə nəticələnib. Bu, misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.

Məqalədə ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımı haqqında söylədiyi sözlər əksini tapıb: “Bütövlükdə Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.

Müəllif vurğulayıb ki, beynəlxalq insan haqlarına zidd əməl olan Xocalı soyqırımına siyasi və qanuni qiymət verilməli və bu qanlı hadisəni törədənlər beynəlxalq ədalət qarşısında cavab verməlidirlər

Məqalədə:
Xəbər lenti

Xəbər lenti