...

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq - Səfir

Cəmiyyət Materials 1 Mart 2019 17:59 (UTC +04:00)
Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq
Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq - Səfir

Bakı. Mətanət Nəsibova - Trend:

Azərbaycanda Rusiya ali təhsil müəssisələrinin daha 3 filialı açılacaq.

Bunu Trend-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov deyib.

M.Boçarnikovun sözlərinə görə, söhbət Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisad Məktəbi və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin filiallarından gedir.

Səfir əlavə edib ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda bu ilin sonunadək açılması planlaşdırılır və hazırda bu məsələ tərəflər arasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti