...

Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Mart 2019 19:04 (UTC +04:00)
Martın 13-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.
Bakıda idman gimnastikası üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva, Ləman Zeynalova - Trend:

Martın 13-də Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna gəlmiş nümayəndə heyətləri rəhbərləri və nümayəndələrinin görüşü keçirilib.

Trend-in məlumatına görə, görüş zamanı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə yarış iştirakçılarının sayının artdığını deyib.

O əlavə edib ki, bu yarış 2020-ci il Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verəcək.

Beynəlxalq Gimnastika Federasiyasının qadın idman gimnastikası üzrə texniki nümayəndəsi Kim Daudell və kişi idman gimnastikası üzrə texniki nümayəndəsi Ceff Tomson yarışın təşkilində görülmüş işə görə Azərbaycan Gimnastika Federasiyasının Təşkilat Komitəsinə minnətdarlıqlarını bildiriblər.

Daha sonra 14-17 mart tarixlərində Bakıda Milli Gimnastika Arenasında keçiriləcək və 41 ölkədən gimnastların çıxış edəcəyi kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kubokunun püşkatma mərasimi keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti