...

3 ay ərzində 2158 piyada cəimələnib

Cəmiyyət Materials 29 Mart 2019 18:12 (UTC +04:00)
Bu ilin 3 ayı ərzində Nəsimi rayonu ərazisində piyadalar üçün müəyyən olunmamış ərazilərdən keçən 2158 piyada inzibati qaydada cəimələnib.
3 ay ərzində 2158 piyada cəimələnib

Bakı. Samir Əli - Trend:

Bu ilin 3 ayı ərzində Nəsimi rayonu ərazisində piyadalar üçün müəyyən olunmamış ərazilərdən keçən 2158 piyada inzibati qaydada cəimələnib.

Bu barədə Trend-ə açıqlamasında Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidmətinin baş inspektoru Nicat Hadıyev deyib.

Onun sözlərinə görə, şöbə əməkdaşları tərəfindən yanvar ayında 711, fevral ayında 787, mart ayında isə 660 piyadaya müəyyən olunmuş ərazilərdən keçmədiyi üçün inzibati protokol tərtib edilib:

"Bakı şəhəri üzrə baş verən yol nəqliyyat hadisələrinin 69 faizi piyadaların vurulması ilə bağlıdır. Piyadaların müəyyən olunmuş ərazilərdən keçməməsi, sürücülərin diqqətsizliyi sonda ağır fəsadlarla nəticələnir. Ona görə də rayon ərazisində mütəmadi olaraq maarifləndirmə tədbirləri keçiririk, piyadaları təlimatlandırırıq, sürücüləri diqqətli olmağa çağırırıq. Məqsədimiz yollarda insanların təhlükəsizliyini təmin etmək, baş verən yol qəzalarının sayını minumuma endirməkdir. Gün ərzində yüzlərlə piyada və sürücülərlə profilaktik söhbətlər aparılır, onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq. Aparılan maarifləndirici söhbətlər müsbət nəticəsini verməkdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti