• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Aprel şəhidlərinin ailə üzvləri və iştirakçıları ilə görüş keçirilib

4 Aprel 2019 21:31 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

2016-cı ilin Aprel döyüşləri işğal olunmuş torpaqlarımıza qayıdışın başlanğıcı kimi böyük tarixi qələbəyə imza atılmaqla, müasir tariximizə şərəfli bir zəfər səhifəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, şəhid ailələrinin, döyüş iştirakçılarının hərtərəfli qayğı ilə təmin edilməsi, onların sosial müdafiəsinin təmin edilməsi üçün bütün tədbirlər görülüb və bundan sonra da bu tədbirlər ildən-ilə gücləndiriləcək.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün nazirlikdə Aprel döyüşləri şəhidlərinin ailə üzvlərinin və bu döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların bir qrupu ilə keçirilən görüşdə vurğulayıb.

Nazir bildirib ki, Aprel döyüşləri Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində bütün sahələrdə dayanıqlı inkişaf proseslərinin getdiyi Azərbaycanın, eyni zamanda, qüdrətli ordular sırasında olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi.

S.Babayev dövlət başçısının tapşırığı ilə Aprel şəhidlərinin ailələrinin və Aprel döyüşlərində sağlamlığını itirmiş əsgər və zabitlərin mühüm sosial müdafiə tədbirləri ilə əhatə olunduqlarını, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əsgər və zabitlərin reabilitasiyasına xüsusi qayğı göstərdiyini vurğulayıb.

O qeyd edib ki, şəhid ailələrinə birdəfəlik ödəmə verilməklə, onlara və Aprel döyüşlərində sağlamlıqlarını itirmiş hərbçilərə Prezidentin aylıq təqaüdləri, müavinət və ya əmək pensiyaları, habelə uşaqlarına, eləcə də əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə müavinətlər təyin edilib. Cari il fevralın 1-dən şəhid ailələrinə təqaüd 300 manata çatdırılıb, müharibə əlillərinin müavinət və təqaüdləri də 2019-cu il aprelin 1-dən 100 faizədək artırılıb. I qrup əlilliyi olanlara qulluq edənlər üçün də Prezidentin aylıq təqaüdü təsis olunub.

Nazir bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı əsasında Heydər Əliyev Fondu tərəfindən “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi icra olunub. Ötən dövrdə bu layihə üzrə 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunaraq yenidən fəal həyata dönüblər.

Görüşdə “Aprel-2016: Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin həmsədri Sevinc Alızadə, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin həyat yoldaşı Fizzə Mirzəyeva, şəhid əsgər Müşfiq Orucovun anası Aygün Məmmədli, şəhid əsgər Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, Aprel döyüşləri iştirakçıları - polkovnik-leytenant Elşən Qarayev, baş leytenant Əhliyyət Mehdiyev və baş leytenant Loğman Məmmədov ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, bu döyüşlərdə sağlamlıqlarını itirən hərbçilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən razılıqla bəhs ediblər. Onlar buna görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüş şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi ilə davam edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • aprel döyüşləri
  • Sahil Babayev
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Digər xəbərlər
Əlilliyi olan şəxslərə daha 50 avtomobil təqdim edilib (FOTO)
Cəmiyyət 13 Dekabr 20:06
ƏƏSMN rəhbərliyi Abşeron, Xızı və Sumqayıtda vətəndaşlarla görüşüb (FOTO)
Cəmiyyət 13 Dekabr 16:04
Ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilir (FOTO)
Siyasət 12 Dekabr 17:31
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu (FOTO)
Cəmiyyət 11 Dekabr 13:10
İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransı keçirilib (FOTO)
Cəmiyyət 11 Dekabr 12:00
Özünüməşğulluğa qoşulmuş azərbaycanlının uğur hekayəsi dünya üzrə 10 ən yaxşı uğur hekayəsindən biri seçildi
Cəmiyyət 11 Dekabr 11:26
Xəbər lenti
Narkoloji dispanserdə yanğın olub, ölən və yaralananlar var
Dünya xəbərləri 03:15
Aktyor Denni Ayello vəfat edib
Dünya xəbərləri 02:31
Mədəniyyət Nazirliyi Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
Mədəniyyət 01:44
Naməlum şəxs insanlara atəş açıb, yaralanan var
Dünya xəbərləri 01:14
Lerikdə 3 otaqlı ev yanıb
Hadisə 00:34
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib (VİDEO)
Hadisə 00:11
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib (FOTO)
Cəmiyyət 00:02
Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə” adlı tədbir keçirildi (FOTO)
Mədəniyyət 13 Dekabr 23:59
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
Cəmiyyət 13 Dekabr 23:30
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Türkiyəli diplomat: ABŞ Senatının qondarma “erməni soyqırımı” ilə bağlı qətnaməsi hüquqi aspektdən məhrumdur

Seçkilərdə iştirak etmək potensialı olmadığı üçün "Milli Şura" çirkin yollara əl atır - Deputat
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri