...

Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

Cəmiyyət Materials 8 Aprel 2019 16:30 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.
Rezidenturaya qəbul imtahanının NƏTİCƏLƏRİ açıqlanıb

Bakı. Elçin Mehdiyev - Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 930 namizəddən 21 nəfəri imtahana gəlməyib. 450 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb.

Ən yüksək nəticə, toplanılması mümkün olan 100 baldan 89 bal olmuşdur.

Qeyd edək ki, rezidenturaya qəbul olmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 14-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti