...

Mingəçevirdə 1 gündə 3 uşaq hündürlükdən yıxıldı

Cəmiyyət Materials 19 Aprel 2019 20:01 (UTC +04:00)
Mingəçevirdə bir gündə 3 nəfər azyaşlı yığılaraq xəsarət alıb.
Mingəçevirdə 1 gündə 3 uşaq hündürlükdən yıxıldı

Bakı. Samir Əli - Trend:

Mingəçevirdə bir gündə 3 azyaşlı yıxılaraq xəsarət alıb.

Trend-in məlumatına görə, aprelin 18-də şəhər sakini, 2012-ci il təvəllüdlü Umudzadə Ruslan Vüqar oğlu həyətlərində hündürlükdən yıxılıb. Nəticədə uşaq başın qapalı travması ilə xəstəxanaya yerləşdirilib.

Həmin gün şəhərin Ə.Vahid küçəsində, şəhər sakini, 2004-cü il təvəllüdlü Mahmudov Məhəmməd Bəhruz oğlu da yaşadığı evin pilləkənindən yıxılaraq xəsarətlər alıb.

Şəhərin N.Vəzirov küçəsində yaşayan, 2005-ci il təvəllüdlü Salmanov Vüsal Qabil oğlu isə hasardan tullanarkən yıxılıb. Nəticədə 14 yaşlı yeniyetmənin mil sümüyü sınıb.

Hər 3 faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti