...

İlahiyyat İnstitutunun tələbələri sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşüblər (FOTO)

Cəmiyyət Materials 29 Aprel 2019 11:32 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib.
İlahiyyat İnstitutunun tələbələri sağlamlıq imkanları məhdud olan uşaqlarla görüşüblər (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) bir qrup tələbəsi Bakının Xəzər rayonunda yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Xidmət Müəssisəsini ziyarət edib.

Aİİ-dən Trend-ə verilən məlumata görə, ziyarətin məqsədi müəssisədə yaşayan sağlamlıq imkanı məhdud uşaqlara dəstək olmaq, aktual problemlərini öyrənmək, müvafiq yardım göstərmək, onlara cəmiyyətimizin ayrılmaz bir parçası olduğunu hiss etdirmək, həmçinin uşaqlara sevinc bəxş etmək idi.

Cəmiyyətin diqqət və mənəvi qayğıya ehtiyac duyan təbəqəsinə dəstək olmaq, onlardan qayğını əsirgəməmək hər bir ölkə vətəndaşının ümdə vəzifəsidir. Azərbaycanda kimsəsiz uşaqlara qayğı dövlət siyasətidir və ölkəmizdə uşaqların sağlam, firavan böyüməsinə, gələcəklərinin tam təmin olunmasına xüsusi diqqət ayrılır.

Prezident İlham Əliyevin uğurlu sosial siyasəti bu sahənin xidmət müəssisələrinin hərtərəfli təminatının da güclənməsinə səbəb olub. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılır. Nəticədə bu müəssisələrdə uşaqlar üçün nümunəvi yaşayış şəraiti ilə yanaşı, onların funksional çatışmazlıqlarının aradan qaldırılmasına, bacarıqlarının inkişaf etdirilməsinə yönələn reabilitasiya əhəmiyyətli işlərin aparılması üçün geniş imkanlar yaradılıb.

Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, sosial məsuliyyət vərdişlərinin və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə müxtəlif layihələr keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti