...

İyunun 9-da buraxılış imtahanının II mərhələsi keçiriləcək

Cəmiyyət Materials 3 İyun 2019 12:26 (UTC +04:00)
İyunun 9-da 9-cu siniflər üzrə buraxılış imtahanının II mərhələsi keçiriləcək
İyunun 9-da buraxılış imtahanının II mərhələsi keçiriləcək

Bakı. İlhamə İsabalayeva - Trend:

İyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti