Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır

Bakı. Trend:

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı gənclərin fəaliyyətinə geniş imkanlar açdı.

Azərbaycan gənclər ölkəsidir. Bu gün hər bir Azərbaycan gənci belə qüdrətli, zəngin dövlətin vətəndaşı olmağı ilə qürur duyur. Təbii ki, bu günümüzün uğurlarını, Azərbaycanın imzalar arasında imzası olmasını şərtləndirən amillər var. Yaşı Azərbaycanın müstəqillik tarixi ilə eynilik təşkil edən, yaxud bu müddətdən az olan gənclərimiz 28 il bundan öncə yaşananları özlərindən əvvəlki nəsillərdən eşidir, müstəqillik tariximizə həsr olunan kitablardan oxuyurlar. Hər zaman böyük qürur hissi ilə qeyd edilən fikir budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın taleyinin necə olacağını təsəvvür etmək çətin deyildi. Azərbaycan müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, bacarıqsızlığı, ən əsası, şəxsi ambisiyalarının quluna çevrilmələri ucbatından dağılmaq, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşadı. Sabaha ümidini itirən xalqımız üzünü öz xilaskarına tutmaqla bugünkü uğurlarımıza yol açdı. Bütün həyatını, ömrünü Azərbaycana, xalqına həsr edən ümummilli lider Heydər Əliyev Vətən, xalq sevgisindən qaynaqlanan cavabı ilə sabaha ümid yaratdı, ən əsası, “Azərbaycan dünyaya günəş kimi doğacaq” söylədi.

15 iyun əbəs yerə tariximizə Milli Qurtuluş Günü kimi daxil olmayıb. Bu tarixdə müstəqil Azərbaycan, xalqımız xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. Qurtuluş Azərbaycana bugünkü reallıqları bəxş etdi. Bu reallıqlarımız sırasında Azərbaycan gəncliyinin bu günü, gələcəyi üçün yaradılan möhkəm bazanı xüsusi qeyd etməliyik. “Azərbaycanın gələcəyi gənclərə məxsusdur”, - söyləyən ulu öndər Heydər Əliyev, eyni zamanda, bildirirdi ki, gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidirlər, lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidirlər. Dahi şəxsiyyət bu çağırışı da etmişdir ki, cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaq.

Ümummilli lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən, paralel olaraq onun hakimiyyətinin hər iki dövrü xarakterizə olunur. Bu nöqteyi-nəzərdən gəncliyə diqqət və qayğı Ulu Öndərin hakimiyyətinin birinci dövründə də əsas yer tutub. Belə ki, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək azərbaycanlılardan ibarət gənclərimizi gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş İttifaqın nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoymuşdur. Bu yolla Azərbaycanımızın elm və kadr potensialı yüksəldiyi kimi, xalqımızın tarixinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyev, eyni zamanda, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsini qarşıya mühüm vəzifə kimi qoymuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən ulu öndər Heydər Əliyevin xüsusi diqqət göstərdiyi məsələlərdən olmuşdur. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövründə C.Naxçıvanski adına Hərbi Lisey yaradılmışdır və bu gün orduda xidmət edən zabitlərin böyük əksəriyyəti həmin məktəbin yetirmələridir. Bu kimi biri-birindən önəmli addımlar, həmçinin Azərbaycan gəncliyinin vətənpərvərlik hissinin artırılmasında əhəmiyyətli rol oynayırdı.

Müqayisəli təhlil fonunda bu fikir də böyük fəxr və inam hissi ilə qeyd olunur ki, əgər ümummilli lider Heydər Əliyev hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə diqqət yetirirdisə, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onların dövlət idarəçiliyində irəli çəkilməsi prioritet məsələlərdən biri idi. Azərbaycan dövlətinin gənclər siyasətinin formalaşmasında Ulu Öndərin təşəbbüsü və iştirakı ilə keçirilən ölkə gənclərinin I Forumunun xüsusi əhəmiyyəti olmuşdur. 1996-cı il fevralın 2-də keçirilən bu Forum ulu öndər Heydər Əliyevin gəncliklə bağlı strategiyasının ilk təntənəsi kimi dəyərləndirildi. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında I Forumun keçirildiyi 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi təsis olundu. Bunun ardıca sonrakı illərdə Azərbaycan gənclərinin növbəti forumları keçirildi. Hər bir Forum özlüyündə gənclərin dünəninə və gələcəyinə bir baxış kimi dəyərləndirilərək qarşıdakı vəzifələrə işıq salır.

1992-ci ilin noyabrında tarixi zərurətdən yaranan, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında da gənclərin böyük çoxluq təşkil etməsi Heydər Əliyevin onlara diqqət və qayğısından qaynaqlanır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin daha çoxluq təşkil etməsinin vacibliyini bildirməklə, bu istiqamətdə tövsiyələrini irəli sürmüşdür. 1995-ci ildə Yeni Azərbaycan Partiyasının tərkibində Gənclər Birliyinin yaradılması da bu diqqətin bariz nümunəsidir. Ulu öndər Heydər Əliyev bu çağırışı etmişdir: “Hesab edirəm ki, biz elə nəsil tərbiyə etməliyik ki, onlar nəinki bizim dövrümüzdə, hətta bizdən sonra da Azərbaycanı fəlakətdən qorusunlar. Onlar düzgün, doğru yolla, milli hisslər yolu ilə getməli və partiyamıza sadiq olmalıdırlar”. Bu gün sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasında təmsil olunanların 40 faizini gənclər təşkil edir. Azərbaycan gəncləri bu addımları ilə Heydər Əliyev ideyalarına hörmət və ehtiramlarını, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edirlər. Azərbaycan gənclərinin dostu olan möhtərəm Prezidentimiz İlham Əliyev hər addımında gənclərin potensial imkanlarını ortaya qoymaq üçün şərait yaratmaq istəyini nümayiş etdirir. Ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliyini uğurlu addımları, təkmil islahatları ilə təsdiqləyən dövlətimizin başçısı İlham Əliyev gənclərin böyük qüvvə olduğunu, Azərbaycanın gələcəyinin onlara məxsusluğunu, eyni zamanda, müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu önə çəkərək, yüksək biliyə, təhsilə malik gənclərin yetişdirilməsini qarşıya mühüm vəzifə kimi qoyur. Ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün reallıqları sırasında xüsusi yer tutan gənclərin xarici ölkələrdə təhsilinə diqqət və qayğı möhtərəm Prezidentimiz İlham Əliyevin gənclər siyasətinin də əsasını təşkil edir. Ölkə Prezidenti İlham Əliyevin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məhz Azərbaycan gənclərinin intellektual səviyyəsinin artırılmasına, elmi biliklərə dərindən yiyələnmələrinə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsini öyrənib, ölkəmizdə tətbiqinə, eyni zamanda, yeni texnologiyaların mənimsənilməsinə xidmət edirdi. Möhtərəm Prezidentimiz dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən bildirir ki, ən yaxşı inkişaf etmiş ölkələrə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft-qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır.

Prezident İlham Əliyev Gənclər Gününə həsr olunan respublika toplantısında da Azərbaycan dövlətinin gənclər siyasətindən geniş bəhs edərək, əsas diqqəti müstəqilliyimizin ilk illərində yaşanan duruma, həmçinin ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra xilaskarlıq missiyasını uğurla həyata keçirərək müasir müstəqil Azərbaycanın qarşısında açılan imkanlara yönəltmişdir. Möhtərəm Prezidentimiz həmin dövrlərdə özünün yaşadığı çətinliklərdən, həmçinin fəaliyyətindən bəhs edərək bildirib: “Mən bunları ona görə demirəm ki, özümü tərifləyim. Sadəcə olaraq, bu, tarixdir və mən istərdim ki, bizim gənclərimiz bunu bilsinlər. Bilsinlər ki, hətta ən ağır dövrdə, ən çıxılmaz vəziyyətdə onlar həmişə ümidli olmalıdırlar, naümid olmamalıdırlar. Həmişə bilməlidirlər ki, onların taleyi onların öz əllərindədir. Yenə də deyirəm, o vaxt Sovet İttifaqının dağılması haqqında heç kim düşünmürdü. Mən çox yaxşı başa düşürdüm ki, əgər sovet rəhbərliyi atamı düşmən kimi tanıyırsa, mənim üçün bu cəmiyyətdə yer tapmaq çox çətin olacaq. Ancaq tale belə gətirdi ki, vəziyyət dəyişdi və bu gün Azərbaycan müstəqil dövlətdir. Bu, bizim ən böyük xoşbəxtliyimizdir. Bir daha demək istəyirəm ki, insanlar ən ağır vəziyyətdə də həmişə ümidli olmalıdırlar.”

Bu gün ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edir. Azərbaycanı yüksək mərtəbəli binaya bənzədənlər bu fikri böyük fəxr hissi ilə qeyd edirlər ki, binanın mərtəbələri hər an, hər saniyə daha da artır, zənginləşir. Azərbaycan gəncləri təbii ki, ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və hazırda bu xəttin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünyanın ən islahatçı, ən xoşbəxt ölkəsinin vətəndaşı olmaları ilə qürur duyurlar. Gənclərimiz dövlətin diqqət və qayğısını, onlara göstərilən etimadı öz əməli fəaliyyətləri ilə doğrultmağa çalışırlar. Bu gün Azərbaycan gənclərinin təhsildə, elmdə, idmanda, iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurları göz önündədir. Prezidentimiz Gənclər Gününə həsr olunan respublika toplantısında bu çağırışı da etmişdir ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. Dövlətimizin başçısının bu çağırışı ulu öndər Heydər Əliyevin daim tövsiyə olaraq gənclərin qarşısında qoyduğu bu tezisin davamıdır - gənclərimiz öz dilini mükəmməl bilməli, tarixini, milli-mənəvi dəyərlərini qorumalı və yaxşı öyrənməlidirlər.

Gənclərimizin torpaq, Vətən uğrunda canlarından belə keçməyə hazır olmaları onların vətənpərvərlik hisslərinin böyüklüyünə bir daha işıq salır. Tarixə nəzər salsaq görərik ki, müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, orduda da özbaşınalığın, anarxiyanın hökm sürməsi gənclərin hərbi xidmətdən yayınmalarına səbəb olmuşdur. Amma ulu öndər Heydər Əliyevin 1993-cü ildə qayıdışı ilə əsası qoyulan inkişaf ordu quruculuğu sahəsində də biri-birindən önəmli addımlarla yadda qalıb. Bu gün gənclərimiz böyük fəxr hissi ilə ordu sıralarına daxil olur, torpaqlarımızı işğaldan azad etmək üçün dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin hücum əmrini gözləyirlər. Torpaq, Vətən uğrunda həlak olan oğul və qızlarımız şəhidlik zirvəsinə ucalmaqla yanaşı, onların fədakarlığı gənclərimiz üçün böyük vətənpərvərlik nümunələridir. “Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər. Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir və bu əməliyyatlarda iştirak edənlərin mütləq əksəriyyəti gənclərdir. Biz bu əməliyyat nəticəsində uzun illər ərzində işğal altında qalan torpaqları işğalçılardan azad etdik. O torpaqlarda - Lələtəpədə, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının dağlarında Azərbaycan bayrağını ucaltdıq. Bu, böyük tarixi qələbədir. Bu qələbə bir daha onu göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq, Azərbaycan əsgəri, Azərbaycan zabiti Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazırdır” - söyləyən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, gənclərimiz bu gün sərhədlərimizi qoruyur. Sərhədçilərimizin böyük əksəriyyəti gənclərdir.

Təbii ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin uğurlarını bir yazıda əhatə etmək qeyri-mümkündür. 28 ilə yaxın müstəqillik tariximizdə ictimai fəal gənclərin birləşməsinə geniş imkanlar açan gənclər təşkilatlarının yaradılması, onların onlarla beynəlxalq gənclər qurumlarında təmsil olunması, 2007-ci ilin “Gənclər ili” elan edilməsi də gənclərə diqqət və qayğının dövlətin siyasətində prioritet məsələ olduğunu təsdiqləyir.

Azərbaycan günbəgün yeniləşir, müasirləşir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasirləşmə, yeniləşmə dövlət siyasətinin düzgün qurulmasından, eyni zamanda, gənclərin fəaliyyətindən asılıdır. Azərbaycan gəncləri ulu öndər Heydər Əliyevin siyasətinə sadiqliklərini onun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə təsdiqləyirlər. Tarixə uğurlu seçki ili, həmçinin Yeni Azərbaycan Partiyasının növbəti qələbəsi kimi yazılan 11 aprel 2018-ci il prezident seçkilərində hər bir Azərbaycan vətəndaşı kimi, gənclər də “İlhamla irəli” deyib yeni-yeni hədəflərə nail olmaq, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsini təmin etmək üçün fəallıq nümayiş etdirdilər, öz seçki hüquqlarından istifadə edərək cənab İlham Əliyevi dəstəklədilər.

Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır.

Səlim Rəhimzadə

YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini

Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Loading Bars
Xəbər lenti
Heydər məscidində anım mərasimi keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Prezident İlham Əliyev: Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır
Azərbaycan Prezidenti: Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib
Prezident İlham Əliyev: Bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasında çıxış edib (VİDEO)
Binəqədidə koronavirus xəstəsinə cinayət işi açılıb
Vyetnamdakı azərbaycanlılar COVİD-19 səbəbindən təxliyə edilib
Samsung AirDresser – qarderobunuza yeni baxım dövrünü bəxş edir (FOTO)
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Birlikdə böyüyüb, birlikdə döyüşən əmioğlular - Biri şəhid, digəri qazi (FOTO)
Türkiyə səfirliyi Azərbaycana başsağlığı verib
2-ci Qarabağ müharibəsində qələbənin əsas memarı Ali Baş Komandan İlham Əliyevdir - Deputat
Bakıda ev yanıb
Məcburi köçkünlər geri qayıtdıqdan sonra torpaq bölgüsü necə aparıla bilər? - Komitə sədri açıqladı
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi açılıb
Dekabrın 4-də xarici valyutaların manata qarşı məzənnələri
SOCAR təsdiq olunmuş neft ehtiyatlarının həcmini açıqlayıb
Yardımlıda mağaza yanıb
Ərəbistan koalisiyası husilərə məxsus minalanmış PUA-nı məhv ediblər
Ceyhan terminalından 195 milyon bareldən çox AÇQ nefti nəql edilib
Braziliya Senatı ölkənin atom bombasına sahib olma ehtimalını nəzərdən keçirəcək
Dünyada koronavirusa yoluxanların sayı 65 milyon nəfəri ötüb
İngiltərədə zavodda partlayış olub, ölən və yaralananlar var
Moskvada koronavirusdan daha 77 nəfər ölüb
Bakıda sex yanıb
Türkiyə və İran prezidentləri Dağlıq Qarabağı müzakirə ediblər
"Euronews" erməni işğalından azad edilmiş Suqovuşan kəndindən süjet hazırlayıb (VİDEO)
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində "Makkabi" ilə heç-heçə edib
Bu gün saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Türkiyədə koronavirusdan sağalanların sayı 418 mini keçib
Azərbaycan “OPEC plus”un 2021-ci ilin yanvarında gündəlik hasilatın 500 min barrel artırılması barədə qərarını dəstəkləyib
Fransa Milli Assambleyasının sülhü dəstəkləmək əvəzinə qərəzli, ədalətsiz qətnamə qəbul etməsi insanlığa qətiyyən sığımır - Deputat
Hikmət Hacıyev şəhidlərlə bağlı paylaşım edib
Azərbaycan XİN: Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe bu ölkəni uçuruma sürükləyib
Türk Şurası Azərbaycana başsağlığı verib
"OPEK plyus" ölkələri yanvar ayından etibarən neft hasilatını artırmağa razılaşıb
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu daim artmaqdadır - Hikmət Babaoğlu
Prezident İlham Əliyev: Beynəlxalq ictimaiyyət pandemiyadan yalnız birlik və çoxtərəfli əməkdaşlıq əsasında xilas ola bilər
Könüllülərin “Azərbaycan - Türkiyə Həmrəylik Görüşü” baş tutub (FOTO)
Ona cavab vermək istəyəndə anladım ki, artıq mən yoxam - Şəhidlə olmayan müsahibə (FOTO)
Azərbaycan beynəlxalq səviyyədə daha bir ilkə imza atdı - Bəhruz Quliyev
Azərbaycan Prezidenti: BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi Qoşulmama Hərəkatına üzv dövlətlərin möhtəşəm uğurudur
Ərazilərin işğaldan tam azad olunmasının iqtisadi inkişafımıza çox böyük təsiri olacaq - Tamam Cəfərova
Əfqan Sadıqovun vəziyyəti Ombudsmanın diqqət mərkəzindədir
Bu il Azərbaycanın məhsul ixrac etdiyi ölkələr bunlar olub
Azərbaycan Prezidenti: Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir
Prezident İlham Əliyev: 2020-ci il ərzində dünya ictimaiyyəti müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşib
"Bakı metropoliteni" tender elan edib
Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Prezident İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında videoformatda çıxış edib (FOTO/VİDEO)
Sağlamlıq imkanları məhdud uşaqlar müasir reabilitasiya sistemi ilə əhatə olunub
ATƏT-in Minsk Qrupu həmsədr ölkələri Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışlayır
Bakıda 14 obyekt karantin qaydalarını pozub - İqtisadiyyat Nazirliyi
Prezident İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyası başlayıb
Rusiya ümid edir ki, UNESCO missiyası dini məbədlərin mühafizəsinin qiymətləndirilməsi üçün Qarabağa gələcək
ƏƏSMN və “Mtv Azərbaycan” “Bərabərik” layihəsini təqdim edir (FOTO/VİDEO)
Gürcüstanda parlament seçkilərinin yekun nəticələri açıqlanıb
Təhsil Nazirliyi tələbələrə müraciət edib
Azərbaycanda 11 ayda sosial təminat üzrə 5 milyard 264 milyon manat ödəmə edilib
SOCAR-ın qaz ehtiyatları təxminən 14 faiz artıb
Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı
Mədəniyyət nazirinin sabiq müavini və xidmət rəisinin həbs müddəti uzadıldı
Türk dünyası “Vikipediya”da: Bir ay ərzində 60-dan çox məqalə yaradılıb
Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu arasında telefon danışığı olub
Bütün xəbərlər