...

"İnterpol" külli miqdarda mənimsəmədə təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Cəmiyyət Materials 1 İyul 2019 21:27 (UTC +04:00)
"İnterpol" daha bir azərbaycanlı barədə axtarış elan edib.
"İnterpol" külli miqdarda mənimsəmədə təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1956-cı ildə Bakıda doğulan Musa Xəlilov külli miqdarda mənimsəmədə təqsirləndirilərək cinayət işinə cəlb edilib.

Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və M.Xəlilov barədə axtarış elan olunub.

"İnterpol" da M.Xəlilov barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti