...

Meşələrdən səmərəsiz və intensiv istifadə bəzi bitkilərin areallarını qısaldıb

Cəmiyyət Materials 19 İyul 2019 21:50 (UTC +04:00)
Son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib.
Meşələrdən səmərəsiz və intensiv istifadə bəzi bitkilərin areallarını qısaldıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib.

Trend-in məlumatına görə, AMEA-nın Dendrologiya İnstitutunun əməkdaşları Kiçik Qafqazın şimal-şərq hissəsində ekspedisiya zamanı belə qənaətə gəliblər.

Ekspedisiya zamanı Qızılca və Korçay Dövlət Təbiət Yasaqlığı ərazilərinin ağac-kol bitkilərinin taksonomik tərkibi, yayılma arealları tədqiq olunub, toxum və herbari nümunələri toplanıb. Bundan əlavə, Gəncə-Qazax bölgəsinin mədəni dendroflorası araşdırılıb, həmçinin Yevlax rayonunun meşə ekosistemlərinin qiymətləndirilməsi üzrə müşahidələr aparılıb. Eyni zamanda "Göygöl ərazisinin dendroflorasının təhlili əsasında nadir və nəsli kəsilməkdə olan növlərin təbii bərpa yollarının seçilməsi" mərhələsi üzrə monitorinq aparılıb, nadir və nəsli kəsilməkdə olan növlər, onların arealları müəyyənləşdirilib.

Ekspedisiya ərəfəsində respublikanın flora biomüxtəlifliyi, o cümlədən ağac və kolların növ tərkibi, bioekoloji xüsusiyyətləri, yayılma arealları kompleks şəkildə tədqiq edilib. Məlum olub ki, son dövrlər meşələrdən səmərəsiz və intensiv istifadəsi nəticəsində bəzi bitkilərin arealları qısalıb, bəzi növlər öz areallarını tamamilə dəyişib.

Azərbaycanda nadir və nəsli kəsilməkdə olan ağac və kol bitkiləri təhlil edilib, yeni növlərin "Qırmızı kitab"a daxil edilməsi, o cümlədən bioloji müxtəlifliyin mühafizəsi istiqamətində əhalinin vaxtaşırı məlumatlandırılması tövsiyyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti