...

Paytaxtda ağacların qurudulması faktı aşkar edildi (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2019 17:49 (UTC +04:00)
Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Paytaxtda ağacların qurudulması faktı aşkar edildi (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda Heydər Əliyev prospekti 103 A ünvanında ağacların qurudulması ilə bağlı ETSN-ə daxil olan şikayət Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda “Azərsu” ASC-yə məxsus binanın həyətində aparılan tikinti işləri zamanı ağacların qurudulduğu faktı aşkar edilib.

Faktla bağlı “Azərsu” ASC barəsində protokol tərtib olunub və toplanmış materiallar məhkəməyə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti