...

Peşə məktəblərinə boş qalan yerlərə sənəd qəbulu başlayır

Cəmiyyət Materials 23 Avqust 2019 17:36 (UTC +04:00)
Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır.
Peşə məktəblərinə boş qalan yerlərə sənəd qəbulu başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 28-də peşə təhsili müəssisələrinə boş qalan yerlərə sənəd qəbulu başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.

İkinci turla bağlı sənəd qəbulunun “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

Sənəd qəbulu prosesi sentyabrın 5-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti