...

Barattson PMS üzrə "Açıq qapı" tədbiri təşkil edib (FOTO/VİDEO)

Cəmiyyət Materials 17 Sentyabr 2019 16:27 (UTC +04:00)
“Barattson” tədris mərkəzi tərəfindən Peşəkar Mühasib Sertifikatı (PMS) ilə bağlı Açıq qapı tədbiri təşkil edilib.
Barattson PMS üzrə "Açıq qapı" tədbiri təşkil edib (FOTO/VİDEO)

Bakı. Trend:

“Barattson” tədris mərkəzi tərəfindən Peşəkar Mühasib Sertifikatı (PMS) ilə bağlı Açıq qapı tədbiri təşkil edilib.

Tədris Mərkəzindən Trend-ə verilən məlumata görə, mütəmadi olaraq tədbirlərin təşkilini həyata keçirən “Barattson” budəfəki tədbirdə Nazirlər Kabinetinin qərarı əsasında Dövlət İmtahan Mərkəzi tərəfindən verilməsi planlaşdırılan Peşəkar Mühasib Sertifikatı barədə olub.

Tədbirin əsas məqsədi PMS-ının üstünlükləri, yeni qazandıracağı imkanlar, əldə edilmə üsulları və digər bu kimi zəruri məlumatların çatdırılması, eləcə də Barattson tərəfindən təşkil ediləcək PMS-in imtahanına hazırlıq ilə bağlı təlimlər haqqında ilkin məlumatların verilməsi olub. Tədbirdə spiker olaraq “Barattson” İdarə Heyətinin sədri Elşən Rəhimov, Müddətli İcraçı Direktor Zeynal Zeynalov və Maliyyə-Mühasibatlıq üzrə təlimçi, Phd. Elsevər İbadov çıxış edib.

Tədbirin ilkin hissəsində Elşən Rəhimov qonaqları salamlayaraq “Barattson” dəyərləri, məqsədi və xidmətləri haqqında ümumi məlumat verib. Bu çıxışı vasitəsi ilə, yarandığı ilk gündən təhsilə, elmə öz töhfələrini verən “Barattson”un əsas məqsədinin gələcəyə savadlı, ixtisaslı kadrların yetişdirilməsi, eləcə də yeni gənc nəslin iş imkanlarının artırılması və beynəlxalq səviyədə inteqrasiyasına yol açmaq olduğunu çatdırıb.

Daha sonra Zeynal Zeynal PMS haqqında ümumi məlumat verib, PMS-in qazandıraçağı yeni imkanları tədbir iştirakçılarının nəzərinə çatdırıb. Eləcə də, PMS-in növləri, əldə edilmə üsulları, imtahan prosedurları və digər bu kimi məlumatlar haqqında danışıb.

Elsevər İbadov isə öz növbəsində PMS-in imtahan proqramı, texniki məlumatları verərək hazırlaşmaq istəyənlərə maarifləndirici məlumatlar çatdırıb. Bundan əlavə, “Barattson” tərəfindən təşkil ediləcək PMS-ın imtahanına hazırlıq proqramını açıqlayıb, bu proqramlar və hazırlaşmaq istəyənləri nələr gözlədiyi barəsində açıqlama verib.

Tədbirin 2-ci hissəsi iştirakçıların suallarına həsr olunub və spikerlər tərəfindən qaranlıq qalan mövzular barəsində daha geniş, dolğun informasiyalar çatdırılıb.

Tədbirin sonunda isə iştirakçılar çay, şirniyyat masasına dəvət olunaraq səmimi söhbətlərini orada davam ediblər.

Nəzərinizə çatdıraq ki, PMS 2 fəaliyyət sahəsi olmaqla 4 növ üzrə veriləcək. İçtiami sektor: Beynəlxalq Standartlar üzrə I və II səviyyəli PMS, Sahibkarlıq sektoru: KOS Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS. Hər bir sertifikat növü üzrə imtahan 2 mərhələdən ibarət olacaq və hər növ üzrə sertifikatın müddəti 5 illik təyin olunub. 2 dəfə eyni növ üzrə sertifikat əldə edən şəxslər 3-cü dəfə əldə etdikləri zaman bu sertifikat onlara ömürlük veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti