...

Bakıda dünya çempionatının tamaşaçıları idmançıların incə hərəkətlərindən heyranlıq duyur (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2019 19:15 (UTC +04:00)
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə final davam edir
Bakıda dünya çempionatının tamaşaçıları idmançıların incə hərəkətlərindən heyranlıq duyur (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında çoxnövçülük üzrə final davam edir.

Trend-in məlumatına görə, gimanstları dəstəkləmək üçün müxtəlif ölkələrdən çoxsaylı azarkeşlər gəlib.

Onlar həyəcanla idmançıların çıxışlarını izləyir. Bədii gimnastika həvəskarları idmançıların incə hərəkətlərindən heyranlıq duyur.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti