Bakı. Cani Babayeva - Trend:
Dünya çempionatına hazırlıq çətin idi.
Bunu Trend-ə Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi çoxnövçülük üzrə finalda çıxışından sonra Yaponiya gimnastı Kaxo Minaqva deyib.
İdmançı deyib: "Dünya çempionatı vacib oyundur, ona görə, hazırlaşmaq lazımdır. Bugünkü çıxış maraqlı oldu, ciddi səhvlər buraxmadım, sona qədər mübarizə apardım".
Bakıda təşkil edilən yarışlarda bir neçə dəfə iştirak edən K.Minaqva vurğulayıb ki, Milli Gimnastika Arenasında çıxış etmək ona həmişə xoşdur:
"Bakıdakı Milli Gimnastika Arenasının zalı böyükdür, yaxşı işıqlandırması, gözəl azarkeşləri var - burada çıxış etmək həmişə xoşdur".
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.
Trend yarışdan maraqlı anları təqdim edir: