...

Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” ictimai fikir jurnalı çap olunub

Cəmiyyət Materials 26 Sentyabr 2019 10:13 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” ictimai fikir jurnalı çap olunub.
Azərbaycan İlahiyyat İnstitutunun “İlahiyyat” ictimai fikir jurnalı çap olunub

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” ictimai fikir jurnalı çap olunub. On beş rubrikadan ibarət ictimai fikir jurnalında öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının yazıları, ali təhsil müəssisəsi haqqında müxtəlif xəbərlər dərc olunub.

Jurnalın ilk sayında, rəsmi guşədə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı yer alıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədovun “Milli qurtuluşumuzun banisi” başlıqlı yazısı “Tarix yazanlar” rubrikası altında dərc olunub.

“Azərbaycan gerçəkliyi” rubrikasında filologiya üzrə fəlsəfə doktoru Vüqar Qaradağlının “Ana Dilimiz kimliyimizdir”; “Cəmiyyət və din” rubrikasında millət vəkili Fazil Mustafanın “İslamda qadına zorakılıq yoxdur” başlıqlı yazıları verilib.

“İlahiyyat” ictimai fikir jurnalının “Təhsil” rubrikasında “Ali təhsil müəssisələrinin innovativ fəaliyyətinin idarə olunması”; “Cəmiyyət və din” rubrikasında “İslamda insan sağlamlığı”, eləcə də “Nikahın mahiyyəti və erkən nikaha dini baxış” başlıqlı məqalələr əksini tapıb.

“Baxış bucağı” rubrikasında “Qlobal əxlaq düşüncəsi fəlsəfi müstəvidə”, “İmmanuel Kantın fəlsəfəsində dinə baxış”, “Успех не случаен” başlıqlı yazılar dərc olunub.

“Göbəklitəpə: dünyanın ən qədim məbədi”, “Kəlbəcərdə daşlaşan tariximiz”, “Maddi-mədəniyyət abidələrimiz milli sərvətimizdir”, “Ən qədim inam və iman yerimiz” və “Mübarək Əqsa məscidi” başlıqlı məqalələr “Abidələr” rubrikasında yer alıb.

Jurnalın “Araşdırma”, “Ədəbiyyat”, “Tədbirlər”, “Bölgələrə səfərlər”, “Xarici səfərlər”, “Seminarlar”, “Xarici qonaqlar İnstitutumuzda” başlıqlı rubrikalarda müvafiq olaraq, “Tərcümə mətnləri: müqayisəli təhlil”; “Avtobus oğrusu”; “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu”; “Tələbələrimiz bölgələrdə”, “Abituriyentlərlə görüş”; “Rusiya Federasiyasına səfər”; “Müasir alman cəmiyyətində İslama münasibət”; “ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş”; “Xarici ölkələrin səfirləri İnstitutumuzda” başlıqlı məqalələr verilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutunun hər ay çap olunan “İlahiyyatçı” qəzetində ali təhsil müəssisəsi ilə əlaqədar xəbərlər və müxtəlif janrlarda məqalələr, ildə iki dəfə nəşr olunan “Din araşdırmaları” jurnalında isə fəlsəfə, mənəviyyat və ilahiyyat elmləri üzrə tədqiqat aparan alimlərin məqalələri yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti