...

Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb

Cəmiyyət Materials 28 Sentyabr 2019 13:45
VI Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarka çərçivəsində Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb
Milli Kitabxanada Qazaxıstan Ədəbiyyat və Mədəniyyət Mərkəzi açılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

VI Bakı Beynəlxalq Kitab-Sərgi Yarmarkası çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzinin açılışı olub.

Trend Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatına istinadla xəbər verir ki, bu beynəlxalq layihənin məqsədi Qazaxıstan xalqının tarixi və mədəniyyəti, onun adət və ənənələri, iqtisadiyyat, siyasət və sosial sahədə qazanılmış nailiyyətlər, zəngin ədəbiyyatı, klassik və müasir nəsr və poeziya nümunələri barədə bilikləri yaymaqdır.

Mərkəzdə Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin həyat və fəaliyyətinə, onun beynəlxalq siyasi arenada roluna həsr edilmiş kitablar, həmçinin tanınmış qazaxıstanlı müəlliflərin qazax, rus və ingilis dillərində nəşr edilmiş əsərləri sərgilənir. Kitabxanaya 200-dən çox kitab hədiyyə edilib. Şübhə yoxdur ki, bu kitablar qazax xalqının mədəni sərvəti ilə daha yaxından tanış olmağı arzu edən oxucuların böyük marağına səbəb olacaq.

Qazaxıstan Respublikasının Nur-Sultan şəhərindəki Milli Akademik Kitabxanası 2016-cı ildən Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi və ölkənin səfirlikləri ilə birlikdə xarici ölkələrin milli və digər iri kitabxanalarında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzlərinin açılışı üzrə beynəlxalq layihəni həyata keçirir.

Hazırda dünyanın 32 kitabxanasında, o cümlədən Koreya Respublikası, Qırğızıstan, Finlandiya, Macarıstan, Rusiya, Malayziya, Türkiyə, Çin, Gürcüstan, Fransa, Yaponiya, İsveç, Makedoniya, Bolqarıstan, Çexiya, İtaliya, ABŞ (ABŞ Konqresinin Kitabxanası və Nyu-York Ümumi Kitabxanası), Rumıniya, İran, Braziliya, Udmurtiya, Almaniya və başqa ölkələrin kitabxanalarında Qazaxıstan Ədəbiyyatı və Mədəniyyəti Mərkəzləri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti