...

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi AzMİU-da tələbələrlə görüşüb (FOTO)

Cəmiyyət Materials 10 Oktyabr 2019 18:02 (UTC +04:00)
TDƏŞ nümayəndəsi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndəsi AzMİU-da tələbələrlə görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) nümayəndəsi bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrlə görüş keçirib.

Universitetdən Trend-ə verilən məlumata görə, görüşdə Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr sektorunun müdiri Tural Əhmədov və Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Ayşə Qurbanova da iştirak edib.

Qonaqları salamlayan AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Səfərin TDƏŞ-in 14-15 oktyabrda Bakıda 7-ci Zirvə görüşü ilə bağlı olduğunu deyən rektor Bakı forumunun yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu deyib, onun işinə uğurlar arzulayıb.

TDƏŞ Katibliyindən layihə direktoru Yıldız Uzakova “TDƏŞ-in fəaliyyəti: görülmüş işlər və inkişaf perspektivləri” mövzusunda mühazirəsi ilə çıxış edib, tələbələrə təşkilatın fəaliyyət istiqamətləri barədə geniş məlumat verib. O, Şuraya üzv olan türkdilli dövlətlərin universitetlərinin tələbələri arasında münasibətlərin hazırkı vəziyyətindən, güclü koordinasiya və əməkdaşlıq imkanlarından da danışıb. Uzakova çıxışında Şuranın tədbirlərində AzMİU-nun təmsilçilərinin fəal iştirak etdiyini xüsusi vurğulayıb, TDƏŞ-in Tələbə Konseyindəki nümayəndəmiz Şahmar Rəfilinin fəaliyyətini yüksək qiymətləndirib.

Sonra tələbələr qonaqlara onları maraqlandıran suallar ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti