Bakı. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa və Qafqaz üzrə icraçı direktoru Mateo Patronenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan və AYİB arasında ətraf mühit üzrə əməkdaşlıq istiqamətləri və gələcək planlar müzakirə olunub.