...

Tərtərdə yeni doğulan körpə ölüb

Cəmiyyət Materials 15 Noyabr 2019 10:31 (UTC +04:00)
Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb.
Tərtərdə yeni doğulan körpə ölüb

Bakı. Samir Əli - Trend:

Tərtər rayonunda yeni doğulan körpə doğuş zamanı ölüb.

Trend-in məlumatına görə, hadisə Tərtər Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Borsunlu kənd sakini, 1997-ci il təvəllüdlü Axundova İlahə Eldar qızı gecə saatlarında xəstəxananın doğum şöbəsinə müraciət edib. Doğuş zamanı körpə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti