...

Temperatur aşağı düşəcək, güclü külək əsəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 29 Noyabr 2019 18:01
Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.
Temperatur aşağı düşəcək, güclü külək əsəcək - Xəbərdarlıq

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda və Abşeron yarımadasında dekabrın 2-də güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Rayonlarda dekabrın 2-də bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti