...

Uşaqların mədə tutumu qida rasionunda nəzərə alınmalıdır

Cəmiyyət Materials 20 Fevral 2020 01:00 (UTC +04:00)
Uşaqlarda qida rasionunun təşkili zamanı onların mədə tutumu da mütləq nəzərə alınmalıdır.
Uşaqların mədə tutumu qida rasionunda nəzərə alınmalıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Uşaqlarda qida rasionunun təşkili zamanı onların mədə tutumu da mütləq nəzərə alınmalıdır.

Qida Təhlükəsizliyi Agentliyindən Trend-ə verilən məlumata görə, uşaqların mədəsinin həcmi yaş artdıqca dəyişir. Bir yaşlı uşağın mədə tutumu 250-300 qr, 3 yaşlı uşaqda 350-400 qr, 4 yaşlı uşaqda isə 450-500 qr-dır.

Böyüklərdə olduğu kimi uşaqların qida rasionu tərtib edilərkən qida məhsullarının sutka ərzində düzgün bölgüsü çox vacibdir. Nəzərə alsaq ki, zülallarla zəngin və yağlı qidalar nisbətən gec həzm olunduğu üçün mədədə daha uzun müddət qalır və beləliklə çoxlu miqdarda mədə şirəsinin ifrazına səbəb olur. Uşaqlara günün birinci yarısı yumurta, ət, balıq yeməklərinin verilməsi məqsədəuyğundur. Günün ikinci yarısı isə daha tez həzm olunan qida məhsullarının, xüsusilə süd və tərəvəz məhsullarının verilməsi məsləhətdir, belə ki mədənin anatomik quruluşunu və gecə yuxusu zamanı həzm prosesi ləngiməsini nəzərə almaq lazımdır.

3 yaşa qədər uşaq orqanizminin enerjiyə olan gündəlik tələbatı 1540 kkal, 3 yaşdan 7 yaşa qədər isə 1970 kkal-dir. Enerji inkişaf və həyat fəaliyyəti, istiliyin ayrılması (termogenez) və fiziki fəaliyyət üçün çox vacibdir. Azyaşlı uşaqlarda normadan artıq enerji istehlakının indikatoru (göstəricisi) - bədən kütləsinin artmasıdır. Uşaqlarda enerji sərfinin böyük hissəsi (50-60%) maddələr mübadiləsinin, 30-40%-i fiziki aktivliyin, 5-8%-i isə termogenezin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti