...

Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır - Operativ qərargahın üzvü

Cəmiyyət Materials 28 Fevral 2020 18:01 (UTC +04:00)
Azərbaycanda sərhəddə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam edir.
Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır - Operativ qərargahın üzvü

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda sərhəddə koronavirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən tədbirlər davam edir.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin yanında operativ qərargahın üzvü Yaqut Qarayeva koronavirusla bağlı KİV nümayəndələri üçün təşkil edilən brifinqdə bildirib.

Bildirilib ki, Azərbaycana gələn şəxslər iki mərhələdə yoxlanılır:

"1-ci mərhələ sərhəddə termometriya ilə yoxlanılır, 2-ci mərhələdə isə həkimlər tərəfindən 2-ci, yəni təkrar termometriya yoxlaması aparılır. İkinci mərhələdə aparılan müayinələr zaman şübhə yaranarsa, analizlər götürürük. Təsdiqləndiyi halda tədbirlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti