Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar

Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar

Bakı. Trend:

Bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına almaq olar. Həyatını oyun stoluna qoyub, zər atmaqdansa bir-iki ay sosial təcrid qaydalarına uymaq daha məntiqlidir.

Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin həkimi Kamran Beydullayev dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19)-un yaratdığı təhlükə və ona qarşı mübarizə üsulları ilə bağlı Trend-in suallarını cavablandırıb. Müsahibəni oxuculara təqdim edirik.

- Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artıq bir neçə aydır ki, dünyanı təşvişə salan yeni koronavirusu (COVID-19) pandemiya elan edib. Dünya mediyasının səhərdən axşama qədər bundan bəhs etdiyi bir zamanda hələ də mətbuatda bütün bu baş verənlərin şişirdilmiş bir hadisə olduğunu iddia edən insanlar var. Sizcə, bu panika realdır, yoxsa doğrudan da təlaşa ehtiyac yoxdur?

- Hazırkı yaranmış vəziyyətdən istifadə edib, qeyri-adi fikir yürütməklə fərqlənməyə çalışmaq bir az da dəb halını alıb. Elə insanlar var ki, hətta panikanın təsiri altında özünü inandırmaqla bəzi yanlışların düzgün olmasını sübut etmək istəyir, bəziləri isə günahkar axtarır, amma fakt faktlığında qalır. Koronavirus səbəbindən bəzi dövlətlərdə fəlakət yaşanır. Dünya qorxu içərisindədir. Zəruri olan sahələrdən başqa hər şey az qala dayanmış vəziyyətdədir. “Adi qripdən də adamlar ölür”, “İtaliyada hər gün koronavirus olmadan da 700 nəfər ölürdü”, “ancaq qocalar ölür”, “laboratoriyada hazırlanan bioloji silahdır” və s. bu kimi mövzular cəmiyyəti hazırkı durumda etməli olduqları əsas tələblərdən bir qədər yayındırır.

- Cəmiyyətin, vətəndaşlarımızın əsas bilməsi və əməl etməsi vacib qaydalar, tələblər hansılardır?

- Hər kəs bilməlidir ki, bu virus insanlar üçün yenidir, sürətlə yayılmağa meyillidir və yoluxanların bir qismi həyatını itirə bilər. COVID-19-un özünü necə aparacağı, nə qədər insana yoluxacağı və öldürəcəyi bilinmir. Amma, artıq çoxsaylı sağalan xəstələrin olması, bir müddət əvvəl epidemik olan bəzi yerlərdə vəziyyətin tam nəzarət altında olması kimi yaxşı xəbərlər də var. Adi insanların bu vəziyyətdə gün ərzində mediyada səslənən sosial təcrid və gigiyena qaydalarına tam əməl etməlidir. Bunlara riayət etməklə insanlar liderlərə və alimlərə bu vəziyyətdən çıxış yolu tapmaq üçün vaxt qazandırmış olurlar. Əks halda, dünya ölkələrinin hamısının səhiyyə sisteminin xəstəlik qarşısında çökməsini, insanların az qala vəhşi təbii seçmə qanunlarına buraxılmasını seyr etməli olacağıq. “Evdə, divanda oturub, çay içərək bəşəriyyəti xilas edə bilmək” zarafatında əslində kifayət qədər həqiqət var.

- Azərbaycandakı vəziyyəti necə qiymətləndirirsiniz?

- Hal-hazırda yaranmış durumla bağlı Azərbaycan dövlətinin göstərdiyi qətiyyət vəziyyəti dərk edən bütün insanları qane edir. Vətəndaşlarımızın böyük əksəriyyətinin anlayış göstərdiyini sosial mediyadan da izləmək mümkündür. Amma, sosial məsuliyyəti az və informasiyası qıt olan bəzi insanlar ucbatından daha ciddi tədbirlərin görülməsinə ehtiyac olacağını düşünürəm. Hesab edirəm ki, bir az daha sərt tədbirlərlə vəziyyəti tam nəzarət altına atmaq olar. Hazırda xəstəliyin partlayış həddində olduğu İtaliya və İspaniya kimi ölkələrdə də 20 gün əvvəl xəstə sayı bizdəki qədər olub. Hadisələr əvvəlcə çox yavaş gedir və qəfildən inanılmaz sürət alır. Dünyada koronavirus xəstələrinin sayının 100 minə çatmasına 3 ay vaxt lazım oldu, 200 min say isə bundan cəmi 12 gün sonra oldu, daha 4 gün bəs elədi ki, bu hədd 300 minə çatsın, 1 gündən sonra isə bu rəqəm 400 min oldu. Aprel ayında Azərbaycanda xəstə sayının kəskin artacağını güman edirəm. Hazırda bu hadisələri tam ağırlığı ilə yaşayan ölkələrdən üstünlüyümüz ondadır ki, daha erkən admnistrativ addımlar atdıq. Xəstəlik epidemiya halına gəldikdə bu tibbi problem olmaqdan çıxır, ona görə də onun həlli məsələsi daha çox cəmiyyət qanunlarının tənzimlənməsi ilə olur. Söhbətin əvvəlinə qayıdıram. Hadisələrin necə olacağını heç kəs bilmir. Ümüd edirəm ki, biz hadisələri bir addım əvvəldən önləməyi bacararıq.

- Statistikaya istinad etsək rəqəmlər daha nə söyləyir?

- Çinin Vuhan bölgəsində 73 min xəstəliyə yoluxmuş insan tam sağalıb. 3 min 200 xəstə isə vəfat edib. Bu, artıq nəticələri olan xəstələrin 4 faizini təşkil edir və əslində kiçik rəqəm deyil. Dünya əhalisini və infeksiyanın yayılma tempini nəzərə alsaq qısa zamanda milyonlarla ölçülə bilən rəqəmlərdən danışacağıq. Qərbi Avropada isə ölənlər faiz etibari ilə daha çoxdur. Bu səbəbdən də Çində və Qərbi Avropada xəstəliyi virusun iki ayrı mutasiya olmuş növlərinin törətdiyi ehtimalları da var. Ölüm halları 60 yaşdan yuxarı kəskin artır, 1 yaşa qədər uşaqlar xəstələnmir. İtaliyada və İspaniyada yoluxanların 10 faizi tibb işçiləridir. Ölənlərin demək olar ki, 99 faizində yanaşı xəstəliklər olub. 50 faizində hətta 3 yanaşı xəstəlik olub. Hazırda karantin tədbirləri ilə əlaqədar dünya əhalisinin 1 miliyard nəfəri evə qapanmış (lockdown) vəziyyətdədir. Bu rəqəmlər hamısı statistikadır. Bunlarla yanaşı kifayət qədər istisnalar da var. Ölənlər arasında uşaq, gənc, heç bir xəstəliyi olmayan, təkrar xəstələnən də var. Bəzən bu statistika bəzi sağlam gənc insanlarda karantin tədbirlərinə əməl etməmək üçün arxayınçılıq və zəmin yaradır. Demək istəyirəm ki, heç kəsin bu xəstəlikdən ölməyəcəyinə zəmanət yoxdur. Həyatını oyun stoluna qoyub, zər atmaqdansa bir-iki ay sosial təcrid qaydalarına uymaq daha məntiqlidir. Əgər koronavirusa yoluxub sağalmaq kimin üçünsə bir oyundursa, amma onun yoluxdurduğu yüzlərlə insandan kimlər üçünsə ölüm-qalım məsələsi ola bilər. Ona görə də sosial məsuliyyət dediyimiz bu terminin altında bir də hüquqi məsuliyyət yatır.

- Koronavirusla bağlı yaxşı nə xəbər söyləmək olar?

- Yuxarıda söylədiyim bəzi faktlar əslində olduqca xoş xəbərlərdir, biz sadəcə pandemiya fonunda bunları görmürük. Məsələn, sağalan insanların olması. Təsəvvür edin ki, koronavirusun bəzi viruslar kimi orqanizmdən çıxması mümkün olmasaydı vəziyyət necə olardı? Və yaxud təkcə immuniteti zəif insanlara deyil, uşaqlara da ölümcül təsir etsəydi? Yoluxan insanların xəstəliyə immuniteti çox qısa müddətli olsaydı? Ümumiyyətlə, xəstəlik törədicisinin belə tez aşkarlanıb elmi araşdırmalar üçün verilməsi özü təqdirəlayiqdir. İndi nə ilə savaş apardığımızın fərqindəyik. Amma, düşünün, bilinməyən yeni bir virus olsaydı, necə olardı? Çində xəstəliyin nəzarət altına alınması faktı özü çox ümidverici bir xəbərdir. Əgər, virusun mutasiya olunması sübut olunarsa, peyvənd hazırlanmasına olan ümidlər puça çıxacaq. Hələ bu barədə dəqiq bir fikir yoxdur. İlk peyvəndlərin artıq sınaqdan çıxarılmağa başlanması şad xəbərdir. Əvvəllər başqa xəstəliklərdə istifadə olunan dərmanlardan bəzilərinin müalicədə müəyyən qədər effektli olması da müsbət qarşılanmalıdır. Epidemiyanın nəticələrinin verdiyi bəzi müsbət hallar da vardır. Doğrudur, minlərlə insanın ölümü fonunda bəlkə də bundan danışmaq düzgün olmaz. Təbiətin insanların əlindən bir balaca nəfəs alması da baş verdi. Son illərdə dünya ölkələri sənaye yarışına girərək təbiətin ortaq qorunmasında heç cür razılığa gələ bilmirdilər. Bu, bəlkə də bir siqnaldır ki, ana təbiət bizi hər an cəzalandıra bilər. Vəhşi təbiətdə də belə bir tarazlıq var. Bu tarazlıq pozulanda komponentlər elə dəyişir ki, yenə də eyni nisbətə gətirib çıxarır. İnsan özünü dünyanın sahibi hesab edərək bu tarazlığı kobud şəkildə pozmaqdadır. Bəlkə də bu virus yer kürəsinin bir ağrı hissiyatıdır. Bəlkə nə vaxtsa pandemiyanın qarşısını alıb qurtarsaq bu barədə də oturub düşünmək lazım gələcək.

- Ümumiyyətlə, başqa hansı nəticələr çıxartmalı olacağıq və bu pandemiya ilə bağlı proqnozunuz nədir?

- Proqnoz budur ki, hər şeyin əvvəli və sonu var. Pandemiyanın da sonu olacaq. Amma, hər bir böhranın bir dibi var. Böhran dibə dəyməmiş geri qayıtmaz. Bu böhranın dibinin nə qədər dərin olduğunu demək çətindir. Bir ölkə daxilində çox zərər görmədən virusun yayılmasının qarşısını almaq mümkün ola bilər. Bunun üçün admnistrativ tədbirlərə daha çox ehtiyac var. Məsələn, koronavirusun dərmanının tapılmasından ümid gözlədiyimiz bir vaxtda digər xilas yolu xəstəliyin diaqnozunun vaxtında qoyulması ola bilər. Xəstəliyin vaxtında, digərlərini yoluxdurmağa başlamazdan əvvəl diaqnozunun qoyula bilməsi və bu müayinələrin kütləvi şəkildə tətbiq olunması ölkədaxili epidemiyanı sürətli şəkildə nəzarət altına ala bilər. Hesab edirəm ki, İtaliyada yaşananlar səhiyyə sisteminin qüsuru deyil, ölkə rəsmilərinin problemidir. Vaxtında gördüyümüz tədbirlərin fonunda bizim eyni aqibəti yaşamayacağımızı ümüd edirəm. Çıxarılacaq nəticələr barədə danışmaq bir qədər tezdir.

Bir lətifə var. Biri hündürlükdən yıxılır. Aşağı getdikcə öz-özünə deyir:
- Ey Allah, sağ qalım evimi satıb, kasıblara paylayacağam, çoxlu xeyirxah əməllər edəcəyəm.
Yerə dəyir, sağ qalır. Qalxıb üst başını təmizləyə-təmizləyə deyir:
- Adam göydə olanda başına min cür axmaq fikirlər gəlir.

Yəqin ki, bir necə ildən sonra dünyanın bu pandemiya qarşısında əsməyi heç yadına da düşməyəcək, yenə də hər şey öz axarında davam edəcək. İndidən dünyanın siyasi xəritəsinin, güc mərkəzinin dəyişməsindən və s. danışılır. Bəzi məsələlərə yenidən baxılacağı labüddür. Səhiyyə sisteminə diqqətin artırılacağına ümid edirəm. Bu gün tibb işçilərini qəhrəman adlandırırlar, onlar həmişə qəhrəman olub. İnsanları ölümdən qurtarmağın başqa adı ola bilməz. Ölkələrin bioloji silahlara qarşı strategiyası və təhlükəsizliyinə yenidən baxılacaq. Bəzi elm sahələrinə maraq çoxalacaq. Məsələn, oğluma gen mühəndisi olmağı məsləhət görürdük, ola bilər ki, bu hadisələrdən sonra bu seçimə daha çox diqqət ayıraq.

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub
Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub
Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub
Azərbaycanda kompüter istehsalında artım müşahidə olunub
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
NRYTN bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Loading Bars
Xəbər lenti
Heydər Əliyev Fondu artıq bir xeyirxahlıq ünvanı, ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb - Qənirə Paşayeva
Abşeron sakini qaçırdığı avtomobillə birgə saxlanıldı
ADU-nun Konfutsi İnstitutu həkimlərə dəstək layihəsi keçirir
Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66 faiz artıb
Türkiyə Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi dünyasını dəyişib
Həsən Ruhani Prezident İlham Əliyevi təbrik edib
Binəqədidə əl qumbarası tapılıb (FOTO)
ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub (FOTO)
Ombudsmanın Quba Regional Mərkəzi videokonfrans vasitəsilə maarifləndirici tədbir keçirib
Milli Məclis deputatların maaşı ilə bağlı məsələyə aydınlıq gətirdi
Dağlıq Qarabağda keçirilmiş saxta "seçkilər"lə bağlı BTM-nin Baş katibinə məktub ünvanlanıb
Beynəlxalq Muğam Mərkəzindən “Muğam ustadları” layihəsi unudulmaz pedaqoq Nəriman Əliyevə həsr olunub
Hava dəyişkənliyi necə baş verir? - Umayra Tağıyeva açıqladı
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Rusiya nəşri Paşinyanın hitlerçi babası ilə bağlı qalmaqaldan yazıb
Çimərlik və su istirahət mərkəzlərinin fəaliyyətinə qoyulan YENİ TƏLƏBLƏR açıqlanıb
Qəbələ sakinindən silah götürülüb
AKƏM tərəfindən keçirilən aksiyalarda AFFA-nın 200 könüllüsü aktiv şəkildə iştirak edib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 140 minə çatıb
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyev haqqında özbək dilində bölmə yaradılıb (FOTO)
Gəncədə avtomobil kanalizasiya quyusuna düşüb, ölən var
“The Jerusalem Post” Azərbaycan müxalifətindəki gey qalmaqalından yazdı
BNA və Baş Polis İdarəsi birgə əhalini maarifləndirmə tədbirlərinə başlayıb (FOTO)
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb
Sabah 32 dərəcə isti olacaq
Afət Həsənova: Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara riayət etmək mütləqdir
DYP 5 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı
Çin Marsa ilk missiyasını göndərməyi planlaşdırır
Mingəçevir Dövlət Universitetində sığorta mövzusunda təlim keçirilib (FOTO)
Rusiyada ötən gün 9 minə yaxın koronavirusa yoluxma qeydə alınıb
Rabitəbank Ramazan bayramında aztəmaninatlı tənha yaşayan ahılları sevindirdi
Bərdədə istifadəyə yararsız ət aşkar edilib
Xarici və yerli mütəxəssislər dünyada və Azərbaycanda Qonaqpərvərlik sektorunun COVID-19-dan sonra bərpasını müzakirə etdilər (FOTO)
"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir! (VİDEO)
Bu il Həcc ziyarəti ləğv oluna bilərmi? - QMİ-dən AÇIQLAMA
ÜST malyariya dərmanının koronavirusa qarşı vasitə kimi sınaqlarını dayandırıb
Gəncədə törədilən qətllə bağlı cinayət işi başlanılıb
Sumqayıtda ağır qəzada 4 hərbçi dünyasını dəyişib (FOTO) (ƏLAVƏ OLUNUB-2)
Azərbaycan XİN Gürcüstanı təbrik edib
Moldovada beynəlxalq avtobus və dəmiryolu nəqliyyatının hərəkətinə qadağa götürülüb
Övladlığa götürülən 414 uşağın vəziyyəti yoxlanılıb
Naqif Həmzəyev: Ölkəmizdə yeni texnologiyaların tətbiqi yeni uğurlar deməkdir
Ermənistanda koronavirusa yoluxanların sayı 7 400 nəfəri keçib
Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir
Astarada narkotik satan şəxslər saxlanılıb
Bu gün havanın temperaturu iqlim normasından aşağı olub - FAKTİKİ HAVA
"Wood Mackenzie": Azəri-Çıraq-Günəşli yatağı payın satın alınması vəsaitləri olan hər kəs üçün cəlbedici imkan olaraq qalır
Zəlzələ İranın tarixi abidələrinə ziyan vurub
Yaponiyalı həkimlər: Tibbi maskalar körpələr üçün təhlükəlidir
Azərbaycanda avtomobil benzininin istehsalı artıb
Qohumunun evindən oğurluq edən qadın saxlanılıb
Azərbaycanda sənaye istehsalının həcmi artıb
Rusiyada helikopter sərt eniş edib: Həlak olanlar var
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək (VIDEO)
Bakıda bağ evlərinin icarə qiymətləri artacaq - PROQNOZ
Almaniya hökuməti "Lufthansa"ya 9 milyard avroluq dəstək verəcək
Çində ötən sutka ərzində koronavirusa 7 yoluxma halı qeydə alınıb
Yeni Zelandiyada zəlzələ olub
ABŞ Brazilyadan gələnlərə giriş qadağasını iki gün tez tətbiq edib
Braziliyada sutka ərzində 807 nəfər koronavirusun qurbanı olub
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
"Virgin Orbit" şirkətinin raket-daşıyıcısının ilk sınağı uğursuz keçdi
Britaniyada bəzi mağazalar açılır
İbrahimoviç məşq zamanı zədə alıb
Moskvada koronavirusdan daha 76 nəfər dünyasını dəyişib
ÜST: Son sutkada dünyada 100 264 koronavirusa yoluxma halı qeydə alınıb
Gəncədə minik avtomobili quyuya düşüb, ölən var
Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib
Misirin Dağlıq Qarabağda qondarma “seçkiləri” tanımaması Azərbaycan icması tərəfindən yüksək qiymətləndirilib
Balakənə dolu düşüb
Alternativ enerjinin alternativi yoxdur
Prezident İlham Əliyevə Respublika Günü ilə bağlı təbriklər gəlməkdə davam edir
Türkiyədə son sutkada koronavirusdan 1 321 nəfər sağalıb
Azərbaycan Prezidenti: Gərək biz bütün şəhərlərimizdə texnika ilə təchizatı yüksək səviyyəyə qaldıraq
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
ÜST koronavirusun müalicəsi üçün nəzərdə tutulan maddələrin sınaqlarını dayandırıb
Habil Qurbanov: Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövr tariximizin ən şanlı dövrlərindən biridir
Qazaxda yaşayış binasında yanğın olub
İsraildə teatrlar və konsert salonları iyunda açılacaq
Ölkədə olan faktiki hava şəraiti açıqlanıb
Aleksandr Lukaşenko Prezident İlham Əliyevi təbrik edib
Tahir Rzayev: Karantinlə bağlı təlimatlara əməl etməyənlər barəsində ciddi inzibati tədbirlər görülməlidir
Azərbaycan könüllülərindən bayram sovqatı (FOTO)
Əlahiddə Ümumqoşun Orduda kəşfiyyatçılar arasında yarışlar keçirilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda tikilən çoxmənzilli binalarda yaradılan şəraitlə tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda inşa olunan körpələr-evi uşaq bağçasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıya ayrılan nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pirsaat Baba ziyarətgahında olublar (FOTO/VİDEO) (YENİLƏNİB)
Şamaxının icra başçısı karantinə alınması ilə bağlı açıqlama verib
Biləsuvar sakini həmyerlisinin qoyunlarını oğurlayıb
Xırdalan şəhər sakininə qarşı quldurluq edən iki qardaş saxlanılıb
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 2 nəfər öldü
17 kiloqramdan çox narkotik vasitəni onlayn yolla satmaq istəyən qardaşlar saxlanıldı (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfərə gəliblər (FOTO/VIDEO)
Ət və ət məhsullarının faydası və zərərli xüsusiyyətləri
Vətəndaşlar Prezidentə yazırlar: Belə bir çətin zamanda ölkəmizdə islahatların davam etdirilməsi bizi çox sevindirir
Şamaxıda iki nəfər hündürlükdən yıxılıb, biri ölüb
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Bütün xəbərlər