Bakı.İlhamə İsabalayeva -Trend:
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi yaradılıb.
Trend-in məlumatına görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, TƏBİB keçən ilin dekabr ayında Türkiyədəki həkimlərlə görüş keçirib:
“Xaricdəki azərbaycanlı həkimlər təşkilatlanırlar. Almaniya, ABŞ və Rusiyada da fəaliyyət göstərən azərbaycanlı həkimlər dərnəklər qurublar. Bu günlərdə ABŞ-da çalışan azərbaycanlı həkimlərin bizə müraciəti olub. Dövlətin də əsas məqsədi xaricdəki azərbaycanlı həkimlərin ölkəmizə inteqrasiyasıdır. Bu məqsədlə TƏBİB-də Xaricdə İşləyən Həkimlərlə İş şöbəsi də yaradılıb”.