...

Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2020 15:40 (UTC +04:00)
Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunub.

Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti