...

Dövlət qulluğuna qəbul imtahanlarına avqustdan başlanılacaq

Cəmiyyət Materials 7 May 2020 18:02 (UTC +04:00)
Dövlət qulluğuna qəbul imtahanlarına avqustdan başlanılacaq

Bakı. Asif Mehman - Trend:

Dövlət qulluğuna qəbul imtahanları ayda iki dəfə olmaqla avqust ayından başlanılacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müsahibələrin onlayn qaydada keçirilməsi nəzərdə tutulur. İlk növbədə karantin rejimi ilə əlaqədar təxirə salınmış 32 dövlət orqanı üzrə imtahanların keçirilməsi planlaşıdırlır.

Sertifakatların verilməsi fərdi qaydada bildiriş əsasında həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti