...

Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? - RƏSMİ

Cəmiyyət Materials 8 May 2020 17:20 (UTC +04:00)
Metroya maskasız daxil olan sərnişinləri kim cərimələyəcək? - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Metroya maskasız daxil olan sərnişinlərin cərimələnməsi "Bakı Metropoliteni"nin səlahiyyətində deyil.

Trend-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov bildirib.

Onun sözlərinə görə, bununla bağlı aidiyyəti qurumlar tədbir görə bilər:

"Biz yalnız səlahiyyətimiz daxilində qaydalara uyğun fəaliyyət göstərəcəyik və qaydalara uyğun da nəzarət həyata keçirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti