...

Epidemioloji vəziyyət nəzərə alınmaqla karantin rejimində dəyişiklik edilə bilər - TƏBİB

Cəmiyyət Materials 18 May 2020 17:54 (UTC +04:00)
Epidemioloji vəziyyət nəzərə alınmaqla, bayram günlərində və həftə sonlarında karantin rejimində dəyişikliyin olmasını təklif edə bilərik
Epidemioloji vəziyyət nəzərə alınmaqla karantin rejimində dəyişiklik edilə bilər - TƏBİB

Bakı. İlhamə İsabalayeva - Trend:

Epidemioloji vəziyyət nəzərə alınmaqla, bayram günlərində və həftə sonlarında karantin rejimində dəyişikliyin olmasını təklif edə bilərik.

Trend-in məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu təcrübə başqa ölkələrdə, o cümlədən Türkiyədə də var: "Türkiyədə şənbə və bazar günləri çox ciddi çox ciddi karantin rejimi tətbiqi edilir. Azərbaycanda epidemioloji vəziyyət nəzərə alınmaqla, bu, tətbiq edilə bilər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti