...

Bu yollarda təmir və rənglənmə işləri aparılır

Cəmiyyət Materials 22 May 2020 10:05 (UTC +04:00)
Bu yollarda təmir və rənglənmə işləri aparılır

Bakı. Trend:

Avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı Dairəvi-1 avtomobil yolunda əyri-xətli dəmir tirlərin təmiri, Bakı-Şamaxı magistral yolunda isə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə bildirilib ki, sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti