...

AZAL aviabiletlərin ödənişsiz təxsis edilməsi müddətini yenidən uzadıb

Cəmiyyət Materials 31 May 2020 15:06 (UTC +04:00)
AZAL aviabiletlərin ödənişsiz təxsis edilməsi müddətini yenidən uzadıb

Bakı. Trend:

Koronavirus (COVID-19) pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" QSC (AZAL) və onun aşağı büdcəli törəməsi "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar, iyulun 1-nə qədər uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

Trend xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti