...

Mingəçevir Dövlət Universitetində “Açıq qapı” günləri keçiriləcək

Cəmiyyət Materials 3 İyun 2020 10:30 (UTC +04:00)

Bakı. Trend:

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.

Universitetdən Trend-ə verilən məluamta görə, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri iştirak edə biləcəklər.

İlk “Açıq qapı” günü 2020-ci ilin 4 iyun tarixində keçiriləcəkdir.

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti