...

"ASAN xidmət" Ağcabədidə təhsildə fərqlənən şagirdlərə noutbuklar payladı (FOTO)

Cəmiyyət Materials 1 İyul 2020 10:24 (UTC +04:00)
“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə reallaşdırılan “Təhsiliniz Gələcəyimizdir" layihəsi davam edir.
"ASAN xidmət" Ağcabədidə təhsildə fərqlənən şagirdlərə noutbuklar payladı (FOTO)

Bakı. Samir Əli - Trend:

“ASAN xidmət” və “Rabitəbank” ASC-nin birgə təşəbbüsü ilə reallaşdırılan “Təhsiliniz Gələcəyimizdir" layihəsi davam edir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, sosial təşəbbüs çərçivəsində uzaqdan təhsilə uşaqlar uzaq qalmasın deyə bu dəfə "Acer" şirkətinin dəstəyi ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsinin Mişni obasında həssas əhali qrupuna aid edilən ailələrinin üzvü olan və tədris müddətində fərqlənən şagirdlərinə notbuklar, həmçinin 1 illik pulsuz internet paketləri təqdim olunub.

Layihənin məqsədi şagirdlər üçün fasiləsiz təhsili təmin etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək göstərməkdir.

Hər kəsi gələcəyimiz olan sağlam təhsilli gənclərin yetişməsi üçün dəstək göstərməyə, onlar üçün təhsilin davamlılığını təmin etməyə biganə qalmamağa çağırırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti