...

Şəhid övladına Səyyar ASAN xidmət göstərilib

Cəmiyyət Materials 23 İyul 2020 12:28 (UTC +04:00)
Şəhid övladına Səyyar ASAN xidmət göstərilib

Bakı. Trend:

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş hərbi toqquşmada qəhrəmancasına şəhid olmuş Elşad Məmmədovun övladı Məhəmməd Məmmədova Səyyar ASAN xidmət göstərilib.

"ASAN xidmət"dən Trend-ə verilən məlumata görə, belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin müraciəti əsasında şəhidimizin övladına şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilib.

Bir daha ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini hörmətlə anırıq.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti