Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda pensiyaçılarımızın yaşayış minimumundan bir neçə dəfə artıq pensiya almasını hədəfləyirik.
Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, əməkhaqları tam leqallaşmalıdır. Onlardan toplanan sosial sığorta haqları vətəndaşlara pensiya olaraq ödənilməlidir.
S.Babayev əlavə edib ki, bu il ərzində 53 min vətəndaşa pensiya elektron qaydada təyin olunub.
Nazir qeyd edib ki, ölkə üzrə əmək münasibətlərinin vahid platforması yaradılacaq.
S.Babayev bildirib ki, ahıl şəxslər internetdən geniş istifadə etmirlər. Buna görə də produktiv xidmətlərin sayı artırılmalıdır.