...

Pərviz Yusifov: Bu il 66 peşə təhsil müəssisəsi üzrə qəbul həyata keçiriləcək

Cəmiyyət Materials 20 Avqust 2020 12:22 (UTC +04:00)
Pərviz Yusifov: Bu il 66 peşə təhsil müəssisəsi üzrə qəbul həyata keçiriləcək

Bakı. Asif Mehman - Trend:

Bu il 66 peşə təhsil müəssisəsi üzrə qəbul həyata keçiriləcək.

Trend-in məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib.

Onun sözlərnə görə, burada əsas məqamlardan biri işəgötürənlərin prosesə cəlb olunmasıdır:

"Peşə təhsili ilə bağlı 25-ə yaxın proqram elan olunub. İşəgötürənlər bu prosesə cəlb olunub. Peşə təhsili ilə bağlı proqram hazırlanarkən işəgötürənlərlə əlaqə qurulub, onlar bu prosesdə iştirak ediblər. İşəgötürənlər peşə təhsili alan şəxslərin imtahanlarla da yaxından tanış olacaqlar:

"Artıq peşə təhsilinə maraq çox böyükdür. Yeni müəssisələrin yaradılması bu marağı daha da artırır. Artıq bəzi müəssisələr üzrə qəbul planı 100 faiz dolub. Bu bizim qarşımıza qoyulan tələbi də artırır və biz bu prosesə yeni işəgötürənləri də cəlb etmək üçün işlər aparırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti