...

Azərbaycanda 139 nəfər koronavirusa yoluxdu, 148 nəfər sağaldı

Cəmiyyət Materials 20 Avqust 2020 17:01 (UTC +04:00)
Azərbaycanda 139 nəfər koronavirusa yoluxdu, 148 nəfər sağaldı

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Trend-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

İndiyədək ölkədə ümumilikdə 34 759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 511 nəfər müalicə olunaraq sağalıb, 510 nəfər vəfat edib, aktiv xəstə sayı 1 738 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 174 ötən müddət ərzində isə ümumilikdə 855 802 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti