...

Bu gün 2383 namizəd müəllim işləmək üçün imtahan verir

Cəmiyyət Materials 4 Sentyabr 2020 09:41 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün informatika və texnologiya müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanlarda 2383 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti