...

Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Dünya xəbərləri Materials 12 Dekabr 2025 05:48 (UTC +04:00)
Gümüşün qiyməti tarixi maksimumu yeniləyib

Bakı. Trend:

"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüş füçerslərinin dəyəri tarixi maksimumu yeniləyərək, bir troya unsiyası üçün (təqribən 31 qram) 64 dolları ötüb.

Trend xəbər verir ki, bunu ticarət məlumatları göstərir.

Bildirilir ki, qiymətli metalın dəyəri 4.93 faiz artaraq, bir troya unsiyası üçün 64.035 dollara çatıb.

Xəbər lenti

Xəbər lenti