Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran Vaşinqtonla razılığa gəlməsə və raket proqramını davam etdirsə, ABŞ-ın İrana qarşı yeni zərbələr endirməsi mümkündür.
Trend xəbər verir ki, Tramp bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə əsasən, ABŞ Silahlı Qüvvələrinin İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə əvvəlki zərbələri olmasaydı, Yaxın Şərqdə vəziyyətin sabitləşməsi mümkün olmazdı.
"İran nüvə proqramını davam etdirməyə cəhd göstərə bilər. Onların həmin obyektləri bərpa etməsi uzun vaxt aparacaq, lakin əgər bunu bizimlə anlaşma əldə etmədən etməyə çalışsalar, biz bu fəaliyyətləri də sıradan çıxaracağıq. Biz onların raketlərini çox qısa müddətdə məhv edə bilərik," – Tramp qeyd edib.