Ali məktəblərə tələbə yerləşdirilməsinin vaxtı açıqlandı

Cəmiyyət Xəbər 8 Sentyabr 2020 15:19 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Ali məktəblərə tələbə yerləşdirilməsi prosesinə sentyabrın 20-dən sonra başlanacaq.

Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, ixtisas seçimi sentyabrın 10-dan 20-dək aparılacaq: “Sentyabrın 20-dən sonra ümumi yerləşdirməni apara biləcəyik. Bundan sonra qeydiyyat mərhələsi başlayacaq”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti