...

Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Cəmiyyət Materials 19 Sentyabr 2020 18:12 (UTC +04:00)
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı

Bakı. Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 19-na olan statistik göstəriciləri açıqlayıb.

Trend xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 1 047 906 test aparılıb. Aktiv xəstə sayı 1 867 nəfərdir, onlardan 108 nəfər reanimasiyadadır, 8 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti